Alternative content

18:31 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Afrikasız pley-off
Afrikasız pley-off
ANA SƏHİFƏ / İDMAN
01:06 30.06.2018

 

Rusiyada keçirilən dünya çempionatında daha bir rekord yenilənmişdir. 1982-ci ildən bəri ilk dəfə pley-offda Afrikanın heç bir komandası təmsil olunmayacaq. Bu barədə “Vesti.ru” saytı xəbər verir.

Qrup mərhələsində “qara qitə”ni Misir, Mərakeş, Nigeriya, Tunis və Seneqal yığmaları təmsil edirdi. Lakin onlardan heç biri 1/8 finala vəsiqə qazana bilməmişdir. Qrup mərhələsinin sonuncu günü seneqallılar qələbə qazanacağı təqdirdə pley-offda iştirak edə bilərdi. Lakin həlledici görüşdə Kolumbiya millisinə 0:1 hesabı ilə məğlub oldular və nəticədə Yaponiya komandası ilə xalları bərabər olsa da, əlavə göstəricilərə görə pley-offdan kənarda qaldılar. Əslində həm Yaponiyanın, həm də Seneqalın bütün göstəriciləri bərabər olmuşdur və növbəti mərhələnin iştirakçısını müəyyənləşdirmək üçün fair-play qaydası qüvvəyə minmişdir. Sarı və qırmızı kartları daha az olan Yaponiya pley-offa vəsiqə qazanmışdır.

Qeyd edək ki, komandaların bu göstəricisi də eyni olsaydı, 1/8 final mərhələsinin iştirakçısını püşk müəyyənləşdirəcəkdi.