Alternative content

11:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərəyə iki qol
Hərəyə iki qol
ANA SƏHİFƏ / İDMAN
01:06 30.06.2018

 

Futbol üzrə dünya çempionatında rekordların təzələnməsi davam edir. Dünya birincilikləri tarixində ilk dəfə iştirakçı komandalardan hər biri azı iki qol vurmuşdur.

Tarixi nailiyyət qrup mərhələsinin üçüncü turunda keçirilmiş Panama-Tunis matçında qeydə alınmışdır. Panamalılar hesabı açmışlar və bu qol onlar üçün turnirdə ikinci olmuşdur. Mərkəzi Amerikadan olan komanda bundan əvvəl çempionatda cəmi bir qol vurmuşdu. Xatırladaq ki, panamalılar birinci topu İngiltərə yığmasının qapısına vurmuşlar. Lakin 1:6 hesabı ilə məğlub olmuşlar.