29 Iyun 2018 06:06
363
Elm və texnika
A- A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunub

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) görkəmli alim, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib.

MBBİ-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları – bu elmi müəssisənin, Botanika İnstitutunun, Dendrologiya İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları və alimin tələbələri Fəxri xiyabanda görkəmli akademikin əziz xatirəsini yad edib, məzarı önünə əklillər və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirib. Müəlliminin Azərbaycan elmindəki misilsiz xidmətlərindən, müsbət insani keyfiyyətlərindən danışan İ.Hüseynova diqqətə çatdırıb ki, mərhum alim bir şəxsiyyət kimi tələbələrinə daim örnək olub. Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə akademik Cəlal Əliyev hələ sağlığında özünə əbədi abidə ucaldıb. Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar aparır, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar.

Sonda “Elmə həsr olunan ömür” sənədli filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video