Alternative content

14:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Anomal istilər zamanı günvurmadan necə qorunmaq olar?
Anomal istilər zamanı günvurmadan necə qorunmaq olar?
ANA SƏHİFƏ / Səhiyyə
03:06 29.06.2018

Yay gələndən bəri 16 nəfər günvurma ilə əlaqədar paytaxtın təcili yardım stansiyalarına müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib. O, son bir neçə gündür davam edən anomal istilərdən qorunmaq barədə bunları deyib: “Anomal istilərin davam etdiyi günlərdə küçəyə çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək lazımdır. Kətan və pambıqdan hazırlanan papaq və ləçək istidən daha yaxşı qoruyur. Eyni zamanda, dar sintetik geyimlərdən imtina etmək, bədəndən istiliyin çıxmasına mane olmayan pambıq və kətan parçalardan tikilmiş geyimlərə üstünlük vermək məsləhətdir, çünki bədəndə istilik buxarlanmayanda istivurma və günvurma müşahidə olunur. Bundan başqa, günvurma zamanı dəridə yanıqlar da əmələ gəlir. İmmuniteti zəif olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, alkoqollu içki qəbul edənlər günvurmaya daha çox məruz qalırlar”.

Baş həkimin müavini daha sonra bildirib: “İstilər davam etdiyi müddətdə qida rasionuna xüsusi fikir verilməli, daha çox maye qəbul edilməli, adi su, meyvə şirələri və ağartı məhsulları içilməlidir. Çimərliyə birinci dəfə gedəndə günün altında 15 dəqiqədən artıq qalmaq olmaz. Hər gün həmin müddəti 5 dəqiqə artırmaqla günəş vannaları qəbul edilməsinin müddətini uzatmaq olar. Günəş şüalarının daha çox yandırdığı saat 11-dən 17-dək mümkün qədər havaya çıxmamaq lazımdır”.