Alternative content

15:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BDU-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və BDU-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb
ANA SƏHİFƏ / Mədəniyyət
02:06 29.06.2018

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  və BDU-nun elmi jurnalı 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Clarivate Analytics” (əvvəllər “Thomson Reuters”) Agentliyinin 2017-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnallar, onların impakt faktorlarının dinamikası haqqında məlumatı əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı 1.333-dən qalxaraq 2.365-ə bərabər olub.

Jurnalın baş redaktoru akademik Fikrət Əliyev bildirib ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun dəstəyi ilə çap olunan bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb.

Qeyd edək ki, jurnal bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. Jurnalın bugünədək 41 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan çox ölkəsini təmsil edən müəlliflərin 450-dək məqaləsi dərc olunub.

Jurnalda tətbiqi və hesablama riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 16 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.