Alternative content

01:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lider BELÇİKA
Lider BELÇİKA
ANA SƏHİFƏ / İDMAN
02:06 29.06.2018

 

İngiltərə - Belçika - 0:1

Qol: Adnan Yanuzay, 51

Kalininqrad, “Kalininqrad” stadionu

 

Panama - Tunis - 1:2

Qollar: Yassin Meriya, 33 (avtoqol)  Fəxrəddin Ben-Yussef, 51, Vaxbi Xazri, 66

Saransk, “Mordoviya Arena”

 

G qrupunda növbəti mərhələyə vəsiqə qazananların adına ötən tur aydınlıq gəlmişdi. Ancaq 1/8 finala qrup lideri kimi hansı komandanın yüksələcəyi sualına İngiltərə-Belçika matçı ilə aydınlıq gəldi.

İndiyədək 14 dəfə mundiallarda iştirak edən ingilislər 1966-cı ildə evsahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək kubokun qalibi olmuşdular. Son illərdə yığma səviyyəsində heç də uğurlu nəticələr əldə edə bilməyən İngiltərə yığmasına Rusiyada ümidlər böyükdü. Qrupdakı matçlardan sonra bir daha əminliklə söyləmək olar ki, komanda həm fiziki, həm də psixoloji olaraq DÇ-2018-ə çox yaxşı hazırlaşıb. Belçikaya son turda uduzsa da, nəzərə almaq lazımdır ki, əsas heyət oyunçularının əksəriyyəti bu qarşılaşmada forma geyinməmişdi.

Mundialın ən bahalı komandalarından olan Belçika yığmasını da çempionluq yolunda favoritlər siyahısına salmaq olar. Lakin yeganə çatışmayan cəhət belçikalıların təcrübəsiz olmalarıdır.

Sloveniyanı təmsil edən baş hakim Damir Skominanın idarə etdiyi görüşə komandalar sürətli başladılar. Əsasən, cinahdan qurulan hücumlara üstünlük verən tərəflər bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, bundan yararlana bilmədilər.

Fasilədən sonra Belçika qurulan hücumlardan birində arzusuna çatdı. Adnan Yanuzay mükəmməl zərbə ilə komandasını hesabda irəli çıxartdı. Qoldan sonra irəli atılan ingilislər topa daha çox sahib olmağa səy göstərirdilər. Lakin tətbiq edilən pressinq onların bu cür oynamalarına imkan vermədi. Buna baxmayaraq, bir neçə dəfə hesabı bərabərləşdirmək üçün real qol şansları olsa da, İngiltərə fürsətdən istifadə edə bilmədi. Nəticədə, Belçika seçməsi 1:0 hesabı ilə qalib gələrək G qrupunu lider kimi başa vurdu.

Beləliklə, Belçika 1/8 finalda Yaponiya, İngiltərə isə Kolumbiya yığması ilə qarşılaşacaq.

Qrupun digər matçında isə Panama və Tunis seçmələri üz-üzə gəldilər. Mundialla ötən tur vidalaşan komandaların duelində qalib gələn tərəf  tunislilər oldu - 2:1