29 Iyun 2018 02:06
391
İDMAN
A- A+

TARİXDƏ BİR İLK

 

Seneqal - Kolumbiya - 0:1

Qol: Yerri Mina, 74

Samara, “Samara Arena”

 

Yaponiya - Polşa - 0:1

Qol: Yan Bednarek, 59

Volqoqrad, “Volqoqrad Arena”

 

Dünən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Sonuncu tura kimi H qrupunda Yaponiya və Seneqal millilərinin aktivlərində dörd, Kolumbiya yığmasının isə bir qələbədən sonra üç xalı vardı. Polşalılar iki məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxmaq şansını itirmişdilər. Pley-offa vəsiqənin taleyi isə Yaponiya-Polşa və Seneqal-Kolumbiya oyunlarının nəticələrindən asılı olacaqdı.

H qrupu çərçivəsində ən maraqlı qarşılaşma Seneqal və Kolumbiya yığmaları arasında baş tutdu.  Mundiallarda 1962-ci ildən debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi Braziliyadakı çempionata təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Seneqal millisi isə ilk dəfə 2002-ci ildə dünya çempionatında iştirak edib. Həmin mundialın açılış matçında dünya çempionu olan Fransanı məğlubiyyətə uğradan seneqallılar nümayiş etdirdikləri oyun və qazandıqları qələbələr ilə sürpriz nəticələrə imza atmışdılar.

Hər iki komanda tarixlərində ilk dəfə idi ki, üz-üzə gəlirdi. Serbiyalı referi Milorad Majiçin start fitindən sonra qarşılaşmaya kolumbiyalılar daha fəal başladılar. Çünki bu matçda qazanılacaq bir xal belə, Afrika təmsilçisini 1/8 finala çıxartdığından daha çox oyunu meydançanın özlərinə aid hissəsində qəbul edərək rəqibi əks hücumlarda tutmaq istəyirdilər. Ona görə də həmişə deyilən “Ən yaxşı müdafiə elə hücumdur” fikri bu dəfə də özünü doğrultdu. Meydançanın mərkəzində tətbiq edilən pressinq nəticəsində topa sahib olan və qısa ötürmələrlə cinahlardan oyun qurmağa çalışan Kolumbiya bir neçə dəfə fərqlənməyə yaxın olsa da, qeyri-dəqiqlik buna imkan vermədi.

Qrupda bundan əvvəlki ilk iki turda daha kollektiv oyun nümayiş etdirən seneqallılardan bu dəfə əsər-əlamət qalmamışdı. Sanki həmin görüşlərdəki komanda gedib, yerinə başqası gəlmişdi.

Daha arzulu və əzmkar futbol oynayan Kolumbiya nəhayət, 74-cü dəqiqədə arzusuna çatdı. Künc zərbəsindən sonra ötürülən topu Yerri Mina qapıya göndərərək kolumbiyalı azarkeşləri sevindirdi. Bundan sonra oyun anlayışını dəyişərək daha çox hücuma atılmağa çalışan Seneqal üçün artıq qatar çoxdan getmişdi.

Beləliklə, 1:0 hesabı ilə qalib gələn Kolumbiya yığması qrup lideri kimi adını 1/8 finala yazdırdı.

 Qrupun digər matçında isə Yaponiya və Polşa seçmələri üz-üzə gəldilər. Daha əzmkar və sürətli oyun nümayiş etdirən polşalılar matçdan 1:0 hesabı ilə qalib ayrıldılar.

Bu məğlubiyyətə baxmayaraq, Yaponiya növbəti mərhələyə vəsiqə qazanıb. Çünki Seneqal və Yaponiya komandalarının həm xalları (4 xal), həm də top fərqi (0-0) bərabər olduğu üçün FİFA-nın qaydalarına görə sarı vərəqə sayı nəzərə alınıb. Sarı vərəqələrin sayı daha az olan Yaponiya (4) pley-off mərhələsinə adlayıb. Seneqalda isə bu vərəqələrin sayı 6 olub.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video