Alternative content

13:43 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Noyerdən özünütənqid
Noyerdən özünütənqid
ANA SƏHİFƏ / İDMAN
02:06 29.06.2018

 

“Sözsüz ki, məğlubiyyətə görə üzülürük. Başqa necə ola bilər?” Bu sözləri Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in 3-cü turunda Cənubi Koreyaya uduzduqları oyundan (0:2) sonra Rusiya mətbuatına açıqlamasında deyib.

Komandanın kapitanı milllidə nə baş verdiyini anlamadağını bildirib: “Üç oyunun heç birində əsl Almaniya millisini görmədiniz. Hansı ki, rəqiblər bu komandanın qarşısında tir-tir əsirdi. Əgər biz İsveçə 95-ci dəqiqədə qol vuraraq qalib gəliriksə, digər oyunlarda isə təhlükəli vəziyyətlər yarada bilmiriksə, onda nədən danışmaq olar? Hətta biz pley-off mərhələsinə yüksəlsəydik, rəqiblər bizdən çəkinməyəcəkdi. Belə turnirlərdə zəif rəqib olmur. Bilmirəm ki, bizə nə olub”.