Alternative content

09:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qrupdan çıxmağa layiq deyildik”
“Qrupdan çıxmağa layiq deyildik”
ANA SƏHİFƏ / İDMAN
02:06 29.06.2018

 

“Nəsə danışmaq, nə baş verdiyini izah etmək çox çətindi. Çox məyusam. Onu deyə bilərəm ki, komanda olaraq qrupdan çıxmağa layiq deyildik”. Bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

Qrupda qalan və mundialla vidalaşan Almaniyanın baş məşçisi matçdan sonra fikirlərini bölüşüb: “Yaxşı hazırlaşmışdıq, motivasiyamız yüksək idi, amma bacardığımız kimi oynaya bilmədik. Dünyanın ən yaxşı komandalarından biri idik, ancaq indi heç nə alınmadı”.

O, vəzifəsindən gedəcəyi ilə bağlı suala isə belə cavab verib: “Özümə gəlmək üçün bir neçə saata ehtiyacım var. Oyunçularımın da həmçinin. Gələcəyim haqqında daha sonra düşünərik. İndi heç nə deyə bilmərəm”.