Alternative content

13:03 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub
Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub
ANA SƏHİFƏ / Təhsil
05:06 28.06.2018

İyunun 28-də təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt və bu quruma yeni təyin olunmuş direktor Samr Şah ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə bu qurum ilə “British Council” təşkilatı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti müzakirə olunub.

E.Vaytın ölkəmizdəki fəaliyyətini yüksək dəyərləndirən C.Bayramov ona ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə və Azərbaycan–Böyük Britaniya təhsil əlaqələrinin genişləndirilməsinə verdiyi töhfələrə görə Təhsil Nazirliyinin fəxri fərmanını təqdim edib.

Azərbaycandan xoş təəssüratlarla ayrıldığını deyən E.Vayt bu ölkədəki fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazirə minnətdarlığını bildirib.

Sonda nazir S.Şaha ölkəmizdəki və E.Vayta isə gələcək fəaliyyətində uğurlar diləyib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM