28 Iyun 2018 03:06
701
PARLAMENT
A- A+

Azərbaycan-İran əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iyunun 28-də İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov İran və Azərbaycanın müştərək tarixə, mədəniyyətə və dini bağlılığa malik olduğunu deyib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra iki ölkə arasındakı əlaqələrə xüsusi əhəmiyyət verilib, dostluq və qardaşlıq münasibətləri həmişə qorunub. Bu əlaqələrin bu gün də yüksələn xətlə inkişaf etdiyini deyən Ziyafət Əsgərov xalqlarımız arasındakı dostluq münasibətlərini xüsusi vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, prezidentlərin qarşılıqlı səfərləri əlaqələrimizin daha da möhkəmlənməsinə təkan verir. İran və Azərbaycan arasındakı münasibətlərin bir çox ölkələrə nümunə ola biləcəyini deyən Ziyafət Əsgərov bu əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, 2010-cu ildən İranda və Azərbaycanda qarşılıqlı olaraq Mədəniyyət Günlərinin keçirilməsi artıq ənənə halını alıb.

Parlamentlərarası əlaqələrdən danışan Milli Məclis sədrinin birinci müavini dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Ziyafət Əsgərov hökumətlər səviyyəsindəki münasibətlərdən də söz açıb. O, Azərbaycan-İran müştərək komissiyasının fəaliyyətini xüsusi qeyd edib.

Söhbət zamanı Milli Məclis sədrinin birinci müavini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən danışıb. Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə 1 milyon 200 min qaçqın və məcbur köçkün var.

Nazir Seyid Abbas Salehi qədim tarixə malik olan Azərbaycan-İran əlaqələrinin son illər yüksək səviyyəyə çatdığını deyib. O, bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini xüsusi qeyd edib. Seyid Abbas Salehi hər iki ölkənin regional və beynəlxalq məsələlərdə müştərək mövqe sərgilədiyini söyləyib.

İqtisadi əlaqələrdən söz açan nazir bu sahədə münasibətlərin daha da dərinləşdirilməsi üçün görülən işlərdən danışıb.

Seyid Abbas Salehi elm, təhsil, mədəniyyət və incəsənət kimi sahələrdə də əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video