Alternative content

11:59 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirildi
“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirildi
ANA SƏHİFƏ / İDMAN
01:06 28.06.2018

 

2018-cı ilin iyun ayının 26-da Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi keçirilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə təsadüf edən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərinin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını böyük iftixar hissi ilə qeyd etmişlər.

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin  birgə tədbirlər planı əsasında hər il ənənəvi olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynadığı xüsusi vurğulanmışdır.

“Sərhəd” hərbi-idman oyunlarına respublikamızın 34 sərhədyanı və digər rayonlarından 178 məktəbin 890 nəfər şagirdi qatılmış və gərgin mübarizə şəraitində keçən oyunların zona yarışlarının qalibi olmuş 10 komanda final mərhələsinə vəsiqə qazanmışdır.

Oyunların final mərhələsində Naxçıvan MR Babək rayonunun Nehrəm kəndinin 2 №-li tam orta məktəbinin “Babək”, Beyləqan rayonu Araz qəsəbəsinin 1 №-li tam orta məktəbinin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin”, Lənkəran rayonu Haftoni kənd tam orta məktəbinin “Xəzər”, Qəbələ rayonu Vəndam kənd tam orta məktəbinin “Vəndam-1”, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd tam orta məktəbinin “Sərhədçi”, Yevlax rayonu 5 №-li tam orta məktəbin “Çeviklər”, Qazax rayonu 1-ci Şıxlı kənd tam orta məktəbin “Dəli Kür”,  Qusar rayonu Yuxarı Zeyxur tam orta məktəbinin “Zeyxur” və Xəzər rayonu 117 №-li tam orta məktəbin “Xəzər” komandaları iştirak edir.

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsində məktəblilər “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi”, “TOZ-8 tüfəngindən hədəfə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilərək təxliyə olunması” və “Ləpirçilik” mərhələlərində öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olacaq, Lənkəran və Astara rayonlarında onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunacaq, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçiriləcəkdir.

“Sərhəd” hərbi-idman oyunları 3 iyul 2018-ci il tarixdə başa çatacaqdır.

 

“Azərbaycan”