“AzerTelecom” korporativ müştərilərə kiber hücumlardan müdafiə xidməti təqdim edir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” korporativ müştərilərə kiber hücumlardan (DDOSS attack protection) müdafiə xidməti təklif edir. Bu, şirkətin təqdim etdiyi internetin topdan satışı, ayrılmış kanal xidməti, beynəlxalq tranzit kimi xidmətlərlə bərabər şirkətin daim təkmilləşən xidmət portfoliosuna daxildir.
Hazırda bütün dünya üzrə kiber hücumlarının geniş vüsət aldığı, xidmətdən normal istifadəyə ən müxtəlif maneələrin yaradıldığı şəraitdə belə hücumlardan qorunmaq mühüm əhəmiyyət kəsb edir. Belə ki, DDOS (A distributed denial of service - xidmətdən imtinaya gətirən hücumlar) hücumlar veb-saytın, veb-serverin və digər şəbəkə resurslarının sabit fəaliyyətini pozmaq, çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir və sorğuların emalı üçün resurslar çatışmayanda bu, xidmətin dayanmasına və fəaliyyətin normal bərpası üçün izafi xərclərin yaranmasına gətirib çıxardır.
“AzerTelecom” şirkətinin xidmət portfoliosunda mövcud olan və müxtəlif müştərilərə təqdim edilən DDOS hücum əleyhinə müdafiə xidməti isə kiber hücumlar zamanı onların istifadə etdikləri xəttin müdafiəsini və internet xidmətinin istifadəçiyə maneəsiz çatdırılmasını təmin edir. DDOS hücum əleyhinə müdafiə müştərilərə təhlükəsiz formada internet xidmətindən istifadə etmək imkanı yaradır və onlar bu tip hücumlar zamanı əlavə xərclərin çəkilməsindən azad olurlar. “AzerTelecom” kiber hücumların dünya miqyasında artdığı şəraitdə bu hücumlardan müdafiə xidmətini innovativ texnologiya əsasında 24/7 rejimində təqdim edir.
Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru “AzerTelecom” MMC 2008-ci ildən fəaliyyət göstərir və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!