28 Iyun 2018 01:06
351
İDMAN
A- A+

ÖLÜB-ÖLÜB DİRİLDİ

 

Nigeriya - Argentina - 1:2

Qollar: Viktor Mozes, 50 (pen.) - Lionel Messi, 14; Markos Roxo, 87

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu

 

İslandiya - Xorvatiya - 1:2

Qollar: Qilfi Siqurdsson, 76 (pen.) - Milan Badeli, 53; İvan Perişiç, 90

Rostov-Don, “Rostov Arena”

 

İyunun 26-da D qrupunda 3-cü tura yekun vurulub. Oyunların nəticələrinə əsasən Xorvatiya və Argentina yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Qrupun daha çox maraq kəsb edən qarşılaşması Nigeriya və Argentina yığmaları arasında oynanıldı. Ötən tur Xorvatiyaya 0:3 hesablı məğlubiyyət Argentinanı, sözün əsl mənasında, kədərə boğmuşdu. İş o yerə çatmışdı ki, Cənubi Amerika təmsilçisi 2-ci tur çərçivəsində keçirilən Nigeriya-İslandiya qarşılaşmasında birincilərdən mədət umurdular. İstədikləri olmuşdu. Nigeriya qalib gələrək Argentinanın 1/8 final qapısını aralamışdı. Qalırdı o qapını taybatay açaraq qrupdan çıxmaq. Özü də ümidlərin puç olmasının qarşısını alan Nigeriya yığması ilə.

Sosial şəbəkələrdə, mətbuatda Argentinanın növbəti mərhələyə vəsiqə qazanması üçün, demək olar ki, çox ciddi kampaniya aparılmışdı. Yəni, bu görüşdən qalib ayrılın, digər oyunun nəticəsi biz istədiyimiz kimi olacaq və 1/8 finala vəsiqə qazanacağıq. Bu isə Nigeriya yığmasında deyəsən bir xof yaratmışdı. Sanki bundan əvvəlki matçdakı afrikalılardan əsər-əlamət qalmamışdı.

Matçdan  əvvəl heyəti futbolçular Messi və Maskeranonun seçəcəyi söylənmişdi. Elə də oldu.

Türkiyəli referi Cüneyt Çakırın start fitindən sonra fərqli oyunçular və taktika ilə matça başlayan Argentina top Messidə olmayanda oyun qurmaqda çətinlik çəkirdi. Lakin bunlara baxmayaraq, argentinalılar istəklərinə çatdılar. Müdafiənin arxasına atılan topda Messi dəqiq zərbə ilə komandasını hesabda irəli çıxardı və mundialın 100-cü qoluna da imzasını atdı.

Bundan sonra irəli atılan nigeriyalılar hesab arasında tarazlığı bərpa etdilər. Cərimə meydançası içərisində edilən kobudluğa görə baş hakim penalti təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Mozes hesabı bərabərləşdirdi.

Qoldan sonra hücumlarının sayını artıran Argentina səriştəsiz oyun üslubu ilə yadda qaldı. Qeyri-dəqiq ötürmələr, taktikadan uzaq futbol anlayışına rəğmən Argentina arzusuna çatdı. Markos Roxo vurduğu qol sayəsində komandasına qələbə qazandırdı.       

Qrupun digər matçında isə İslandiya və Xorvatiya yığmaları üz-üzə gəldilər. Daha baxımlı futbol sərgiləyən xorvatlar 2:1 hesabı ilə qalib gələrək qrupu lider kimi başa vurdular.

Beləliklə, iyunun 30-da  1/8 final mərhələsində Fransa-Argentina, iyulun 1-də isə Xorvatiya- Danimarka qarşılaşmaları oynanılacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video