28 Iyun 2018 01:06
352
İDMAN
A- A+

İLK QOLSUZ HEÇ-HEÇƏ

 

Danimarka - Fransa - 0:0

Moskva, “Lujniki” stadionu

 

Avstraliya - Peru - 0:2

Qollar: Andre Karrilyo, 18; Paolo Gerrero, 50

Soçi, “Fişt” stadionu

 

Rusiyada futbol bayramı davam edir.  İyunun 26-da C qrupunda Avstraliya-Peru və Fransa-Danimarka oyunları ilə 3-cü tura yekun vurulub. Fransa millisi 2-ci turdan sonra 1/8 finala yüksəlməyi təmin etmişdi. Pley-offa ikinci vəsiqənin taleyi isə sonuncu turun oyunlarının nəticələrindən asılı olub və Danimarka millisi növbəti mərhələyə adlayıb.

Qrupda ən maraqlı qarşılaşma  Avstraliya və Peru komandaları arasında keçirilib. Oyuna fəal başlayan Peru millisi matçın 18-ci dəqiqəsində istəyinə nail olub. Perulu Andre Karrilo fərqlənərək oyunda hesabı açıb. Görüşün ilk hissəsi Peru millisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

Rusiyalı baş hakim Sergey Karasyovun idarə etdiyi oyunun 50-ci dəqiqəsində Paolo Qerrero ikinci topu Avstraliya yığmasının qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, görüş Peru millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyunu - Danimarka-Fransa matçı isə Moskvadakı “Lujniki” stadionunda keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb və dünya çempionatında ilk qolsuz heç-heçə qeydə alınıb. Əslində bu hesab hər iki tərəfi qane edirdi...

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video