Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:54 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ALMAN MAŞINI” qəzaya uğradı
“ALMAN MAŞINI” qəzaya uğradı
ANA SƏHİFƏ / İDMAN
01:06 28.06.2018

 

Cənubi Koreya - Almaniya - 2:0

Qollar: Kim Yonq Qvon, 90+4, Son Hun Min, 90+6

Kazan. “Kazan Arena”

 

Meksika - İsveç - 0:3

Qollar: Avqustinsson, 50, Qranqvist, 62 (pen.), Alvarez, 74 (avtoqol)

Yekaterinburq. “Yekaterinburq Arena”

 

Qarşılaşmadan bir gün öncə kim desəydi ki, son dünya çempionu Almaniya qrup mərhələsini adlaya bilməyəcək, hamı bunu təbəssümlə qarşılayardı. Ancaq son turda heç bir iddiası olmayan C.Koreya seçməsinin belə prinsipiallıq və xarakter nümayiş etdirməsi futbol azarkeşlərini təəccübləndirdi.

Bununla belə F qrupunda digər komandaların səkkizdəbir finala yüksəlmək şansı qaldığından qarşılaşmaların maraqlı və prinsipiallıq cəhətdən yüksək şəraitdə keçəcəyi şübhə doğurmurdu. Bu qrupun ilk iki oyununda Almaniyaya (1:0) və Cənubi Koreyaya (2:1) qalib gəlməsinə baxmayaraq, Meksika millisi səkkizdəbir finala vəsiqəni tam təmin etməmişdi. Birinci oyunda Cənubi Koreya millisinin 1:0 hesabı ilə məğlubiyyətə uğradan İsveç yığması Almaniya komandasına uduzmasına baxmayaraq (1:2), Meksika millisini məğlub edəcəyi təqdirdə səkkizdəbir finala yüksələcəkdir. Üç xalla qrupda ikinci olan Almaniya yığması isə səkkizdəbir finala vəsiqəni təmin etmək üçün Cənubi Koreya yığmasına mütləq qalib gəlməli idi. İsveçlilər meksikalılara, almanlar isə Cənubi koreyalılara qalib gələcəkləri təqdirdə qrupda üç komandanın 6 xalı olacaqdı və qalib top fərqinə görə müəyyənləşəcəkdi. Amma belə olmadı.

Lakin etiraf edək ki, bir gerçəklik var idi. O da almanların əvvəlki çempionatlara nisbətən çox inamsız təsir bağışlamaları idi. Mundialdan öncə heyətə dəvət edilən oyunçularla almanların işinin çətin olacağı hiss edilirdi. Çünki oyun istəkləri, qazanmaq arzuları, coşğulu olmayan və yorğun futbolçu profilləri ilə son dünya çempionlarının zəif halqa olduqları bundan əvvəlki qarşılaşmalarda özünü göstərmişdi. Nəticədə mundialı çox pərt halda tərk etdilər. Uzun illərdir Almaniya yığmasında olan oyun nizam-intizamından əsər-əlamət yox idi.

ABŞ-lı referi Mark Geygerin start fitindən sonra almanların oyuna daha sürətli başlayan, topa sahib olaraq, qısa ötürmələrlə rəqibin cərimə meydançası içərisinə daxil olmaq istəkləri alınmadı. Çünki C.Koreya yığması kollektiv oyun nümayiş etdirərək meydanın hər yerində mübarizə apararaq onlara boş zona buraxmadılar.

Bir sözlə, ilk hissədə fərqlənmək üçün bir neçə şansı olsa da, “Alman maşını” bundan istifadə edə bilmədi.

Fasilədən sonra yenə eyni oyun tərzi ilə meydançaya çıxan almanlar dəqiqələr ötdükcə, qol vura bilmədiklərinə görə komandada həyəcan hissi artmağa başladı. Bu, özünü qurulan hücumlarda daha çox göstərirdi. Hakimin görüşün əsas vaxtına əlavə etdiyi dəqiqələrdə qurulan əks hücumlardan koreyalılar məharətlə istifadə edərək 2 qol vurmaqla mundialı qələbə ilə, almanlar isə böyük kədərlə başa vurdular.

Digər oyunda isə Meksika yığması İsveçə 0:3 hesabı ilə məğlub oldu. Beləliklə, İsveç və Meksika milliləri 1/8 finala vəsiqə qazandılar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM