Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

13:25 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SAMBA ŞOUSU
SAMBA ŞOUSU
ANA SƏHİFƏ / İDMAN
01:06 28.06.2018

 

Serbiya - Braziliya - 0:2

Qollar: Paulinyo, 36, Tyaqo Silva, 68

Moskva. “Spartak” stadionu

 

İsveçrə - Kosta-Rika - 2:2

Qollar: Cemaili, 31, Drmiç, 88 - Vaston, 56, Ruiz, 90+3 (pen.)

Nijni Novqorod. Mərkəzi stadion

 

Dünən E qrupunda da 3-cü tura yekun vurulub. Bu qrupda iddiası olmayan yeganə komanda Kosta-Rika idi. Digər komandaların isə növbəti mərhələyə yüksəlmək şansları var idi.

Qrupun ən maraqlı qarşılaşması Serbiya və Braziliya yığmaları arasında oldu. Əslində serblər ötən tur İsveçrəyə uduzmaqla 1/8 finala çıxmaq şanslarını çox çətinə salmışdılar. Çünki növbəti rəqib çempion adını qazanmağa iddialı Braziliya komandası idi. Serbiya komandası Braziliya millisinə uduzduğu halda isveçrəlilər  avtomatik olaraq səkkizdəbir finala yüksələcəkdi. Belə də oldu.

İranlı baş hakim Alireza Faqaninin start fitindən sonra braziliyalılar topa nəzarəti ələ keçirdilər. Onlar meydançanın mərkəzində qısa ötürmələrlə rəqibi həm fiziki, həm də psixoloji cəhətdən yorub istəklərinə çatdılar. Serblərin oyunu isə heç cür alınmadı. Qarşılaşmadan öncə verilən tapşırıqları yerinə yetirməkdə ciddi problemlər yaşadılar. Bir neçə dəfə Serbiya millisinin qapısı qarşısında təhlükəli epizod yaradan braziliyalılar 36-cı dəqiqədə istəklərinə çatdılar. Paulinyo komandasını hesabda irəli çıxartdı. Qol buraxandan sonra kollektiv şəkildə müdafiəyə çəkilən Serbiya millisi Cənubi Amerika təmsilçilərini əks hücumlarda yaxalamaq istəyirdi.

Fasilədən sonra da oyunda üstünlük braziliyalıların tərəfində idi. İstədikləri vaxt sürəti artıran və aşağı salan braziliyalılar 68-ci dəqiqədə Tyaqo Silva ilə hesab arasındakı fərqi iki topa çatdırdılar. Oyunda başqa qol olmadı.

Qrupun digər oyununda isə Kosta-Rika və İsveçrə yığmaları üz-üzə gəldilər. Bu görüş 2:2 hesabı ilə başa çatdı.

Beləliklə, Braziliya 1/8 final matçında Meksika, İsveçrə isə İsveç yığması ilə qarşılaşacaq.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM