Alternative content

03:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir Seyid Abbas Salehi: İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir
Nazir Seyid Abbas Salehi: İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir
ANA SƏHİFƏ / Mədəniyyət
01:06 28.06.2018

İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir. Tarixboyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar. Biz həmişə bir-birimizi dəstəkləmişik. Adətən Mədəniyyət Günləri xalqların bir-birini yaxından tanıması üçün keçirilir. Azərbaycanın İranda və İranın Azərbaycanda Mədəniyyət Günləri keçirməsinin məqsədi isə bizim mədəniyyətimizin bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda İran Mədəniyyət Günlərinin açılışına həsr edilmiş mətbuat konfransında İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi deyib.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev də Azərbaycan və İran xalqlarının yaxınlığını qeyd edib. “Belə tədbirlər sayəsində ölkələrimiz daha da yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın yeni yollarını tapa bilirik”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, İran Mədəniyyət Günlərinin açılışı ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm hadisədir. Bir həftə davam edəcək tədbirlər çərçivəsində Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil olunacaq.

Sonra İran Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və incəsənət sərgisinin açılışı olub.

Qonaqlar sərgidə nümayiş etdirilən İran mədəniyyətinə aid nümunələrlə tanış olublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM