Alternative content

11:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni ixtira - filloksera ilə mübarizə üsulu
Yeni ixtira - filloksera ilə mübarizə üsulu
ANA SƏHİFƏ / Elm və texnika
05:06 27.06.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadəyə və əməkdar kənd təsərrüfatı işçisi, biologiya üzrə fəlsəfə doktoru Oqtay Babayevə “Filloksera ilə mübarizə üsulu” ixtirasına görə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən patent verilib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı alimlərin ixtirasında qeyd olunan üsul kənd təsərrüfatında üzüm tənəyinin zərərvericiləri - fillokseranın yarpaq və kök formaları ilə mübarizə aparılmasında əvəzsizdir. Mikroskopla aparılmış laboratoriya tədqiqatları nəticəsində alınmış cövhər üzüm tənəklərinin yarpaqlarına və kökünə səmərəli təsir göstərə bilər. Belə ki, həmin cövhər vasitəsilə nəsli kəsilməkdə olan üzüm sortlarımızı qorumaq mümkündür.

Ekoloji cəhətdən bir sıra üstünlüklərə malik olan bu üsul ətraf mühiti çirkləndirən zəhərli kimyəvi maddələrdən və pestisidlərdən imtina etməyə imkan verir. Cövhərin hazırlanması nəticəsində alınmış xammaldan daha sonra sideral gübrə kimi istifadə etmək də mümkündür. Alınan cövhər filloksera ilə yanaşı, üzüm tənəyindəki bir sıra digər zərərvericilərin (üzüm və hörümçək toru gənəsi və s.) və xəstəliklərin (mildyu, oidium, antraknoz və s.) də aradan qaldırılmasına kömək edir.

Yeni preparat üzümçülük təsərrüfatı ilə yanaşı, bir sıra kənd təsərrüfatı bitkilərinin (pambıq, taxıl, bostan-tərəvəz və s.) zərərvericilərinə və xəstəliklərinə qarşı da istifadə edilə bilər. Ehtimal olunur ki, yeni alınan cövhər səhiyyə sahəsində də bir sıra xəstəlikləri, o cümlədən xərçəngi törədən virusu məhv etməyə qadirdir.