Alternative content

01:18 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
09:06 26.06.2018

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO üzrə Milli Komissiyanın, Mədəniyyət Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, eləcə də milli ekspertlər Rizvan Bayramov və Rəşad Allahverdiyev təmsil edirlər.

Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, Ümumdünya İrs Siyahısına yeni nominasiyaların daxil edilməsi, İrs abidələrinin mühafizəsi, İrs Fondunun büdcəsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan ötən il İrs Komitəsinin qərarı ilə yaradılmış İrs Fondunun Dayanıqlığı üzrə alt-komitəyə sədrlik etmiş və cari sessiyanın ilk günündə alt-komitənin nəticələri haqda hesabatı Komitə üzvlərinə təqdim etmişdir.

Komitə öz işini 4 iyul tarixinədək davam edəcək.

Xatırladaq ki, Azərbaycan sözügedən komitənin üzvüdür və hazırda vitse-prezidentdir.