Alternative content

13:44 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV TƏCRÜBƏ QALİB GƏLDİ
TƏCRÜBƏ QALİB GƏLDİ
ANA SƏHİFƏ / İDMAN
01:06 26.06.2018

 

Uruqvay - Rusiya - 3:0

Qollar: Suares, 10, Çerışev, 23 (öz qapısına), Kavani, 90+2

Qırmızı vərəqə: Smolnikov, 36

Samara, “Samara Arena”

 

Dünən  dünya çempionatında A qrupunda 3-cü tura yekun vuruldu. Bu sonuncu tur olduğundan qrup mərhələsində görüşlər eyni vaxtda başlamışdı. A qrupunun prinsipiallıq cəhətdən ən maraqlı qarşılaşması Uruqvay-Rusiya matçı idi. Belə ki, bundan əvvəlki oyunlarda qazandıqları qələbələr sayəsində 1/8 final mərhələsinə vəsiqəni təmin etmiş komandalar qrup birinciliyi uğrunda mübarizə aparırdılar.

Əvvəlki iki qarşılaşmada vurulan topların fərqinə görə ruslara bir xal da sərf edirdi. Lakin daha təcrübəli olan Uruqvay yığması nümayiş etdirdiyi oyunla 3:0 hesabı ilə qalib gələrək A qrupunu lider kimi başa vurdu.

Seneqallı referi Malanq Didhyunun start fitindən sonra görüşə hər iki tərəf daha ehtiyatlı başladı. Müdafiə taktikası seçmiş ruslar üçün bu, heç də uğurlu alınmadı. Tədricən meydançanın mərkəzində topa daha çox sahib olan uruqvaylılar hücumların əksəriyyətini sol cinahdan təşkil edirdilər. Belə epziodların birində kobudluğa görə hakim cərimə zərbəsi təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Suares görüşdə hesabı açdı.

Bundan sonra tədricən üstünlüyü artırmağa çalışan Rusiya millisinin bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı oldu. Lakin rəqib qapıçı buna imkan vermədi.  Təcrübə və futbolçular arasında səviyyə fərqi də özünü göstərdi. 23-cü dəqiqədə Dieqo Laksalt uzaqdan vurduğu zərbə Denis Çerışevə dəyərək istiqamətini dəyişərək qapıya daxil oldu-2:0.

Fasilədən sonra ruhdan düşən Rusiya seçməsi müdafiədən çıxarkən etdiyi kobud səhvlərlə daha çox  yadda qaldı. Uruqvay millisində isə xətlər arasındakı əlaqə yaxşı  idi. Elə bunun nəticəsində onlar daha yaxşı təsir bağışlayırdılar. Azsaylı hücumlardan birində İqor Smolnikov növbəti kobudluğa görə 2-ci sarı vərəqə alaraq komandasını azlıqda qoydu.  Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə Kavani oyunda son nöqtəni qoydu-3:0.

 

Səudiyyə Ərəbistanı - Misir - 2:1

Qollar: Əl-Fərəc, 45+6 (penalti), Əl Davsari, 90+5 - Salah, 22

Volqoqrad, “Volqoqrad Arena”

 

A qrupun digər matçında isə Səudiyyə Ərəbistanı və Misir seçmələri qarşılaşdılar. Mundialla vidalaşan komandaların duelində 3 qol vurulsa da, matç o qədər də maraqlı keçmədi. Halbuki hər iki komanda son oyunu qalib kimi başa vurmaq istəyirdi.

Kolumbiyalı baş hakim Vilmar Roldanın start fitindən sonra misirlilər oyuna daha fəal başladılar. Meydançanın mərkəzində tətbiq edilən pressinq tədricən öz bəhrəsini verir, Səudiyyə Ərəbistanı yığmasının qapısı qarşısında təhlükəli vəziyyətlər yaranırdı. Belə epizodların birində - 22-ci dəqiqədə Mohamed Salah vurduğu baxımlı qolla komandasını hesabda irəli çıxardı.

Hesabı bərabərləşdirmək üçün irəli atılan Səudiyyə Ərəbistanı seçməsinin səyi ilk hissənin sonlarında bəhrəsini verdi. Əl-Fərəc 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabda tarazlığı bərpa etdi.

Fasilədən sonra hər iki tərəfin qol vurmaq imkanı olsa da, zərbələrdə dəqiqlik çatmırdı. Hamı görüşün heç-heçə başa çatdığını düşündüyü bir vaxtda isə Əl Davsari son dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırdı-2:1.

 

İran - Portuqaliya - 1:1

Qollar: Ansarifard, 90 (pen.) - Quarejma, 45

İstifadə edilməyən penalti: Kriştiano Ronaldo, 52

Saransk, "Mordoviya Arena"

 

İspaniya - Mərakeş - 2:2

Qollar: İsko, 19, Aspas, 90 - Butaib, 14, En Nesri, 81

Kalininqrad, "Kalininqrad" stadionu

 

Beləliklə, B qrupunda İspaniya və Portuqaliya komandaları 1/8 finala vəsiqə qazandılar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”