TƏCRÜBƏ QALİB GƏLDİ
Uruqvay - Rusiya - 3:0
Qollar: Suares, 10, Çerışev, 23 (öz qapısına), Kavani, 90+2
Qırmızı vərəqə: Smolnikov, 36
Samara, “Samara Arena”
Dünən dünya çempionatında A qrupunda 3-cü tura yekun vuruldu. Bu sonuncu tur olduğundan qrup mərhələsində görüşlər eyni vaxtda başlamışdı. A qrupunun prinsipiallıq cəhətdən ən maraqlı qarşılaşması Uruqvay-Rusiya matçı idi. Belə ki, bundan əvvəlki oyunlarda qazandıqları qələbələr sayəsində 1/8 final mərhələsinə vəsiqəni təmin etmiş komandalar qrup birinciliyi uğrunda mübarizə aparırdılar.
Əvvəlki iki qarşılaşmada vurulan topların fərqinə görə ruslara bir xal da sərf edirdi. Lakin daha təcrübəli olan Uruqvay yığması nümayiş etdirdiyi oyunla 3:0 hesabı ilə qalib gələrək A qrupunu lider kimi başa vurdu.
Seneqallı referi Malanq Didhyunun start fitindən sonra görüşə hər iki tərəf daha ehtiyatlı başladı. Müdafiə taktikası seçmiş ruslar üçün bu, heç də uğurlu alınmadı. Tədricən meydançanın mərkəzində topa daha çox sahib olan uruqvaylılar hücumların əksəriyyətini sol cinahdan təşkil edirdilər. Belə epziodların birində kobudluğa görə hakim cərimə zərbəsi təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Suares görüşdə hesabı açdı.
Bundan sonra tədricən üstünlüyü artırmağa çalışan Rusiya millisinin bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı oldu. Lakin rəqib qapıçı buna imkan vermədi. Təcrübə və futbolçular arasında səviyyə fərqi də özünü göstərdi. 23-cü dəqiqədə Dieqo Laksalt uzaqdan vurduğu zərbə Denis Çerışevə dəyərək istiqamətini dəyişərək qapıya daxil oldu-2:0.
Fasilədən sonra ruhdan düşən Rusiya seçməsi müdafiədən çıxarkən etdiyi kobud səhvlərlə daha çox yadda qaldı. Uruqvay millisində isə xətlər arasındakı əlaqə yaxşı idi. Elə bunun nəticəsində onlar daha yaxşı təsir bağışlayırdılar. Azsaylı hücumlardan birində İqor Smolnikov növbəti kobudluğa görə 2-ci sarı vərəqə alaraq komandasını azlıqda qoydu. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 2-ci dəqiqədə Kavani oyunda son nöqtəni qoydu-3:0.
Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar: Əl-Fərəc, 45+6 (penalti), Əl Davsari, 90+5 - Salah, 22
Volqoqrad, “Volqoqrad Arena”
A qrupun digər matçında isə Səudiyyə Ərəbistanı və Misir seçmələri qarşılaşdılar. Mundialla vidalaşan komandaların duelində 3 qol vurulsa da, matç o qədər də maraqlı keçmədi. Halbuki hər iki komanda son oyunu qalib kimi başa vurmaq istəyirdi.
Kolumbiyalı baş hakim Vilmar Roldanın start fitindən sonra misirlilər oyuna daha fəal başladılar. Meydançanın mərkəzində tətbiq edilən pressinq tədricən öz bəhrəsini verir, Səudiyyə Ərəbistanı yığmasının qapısı qarşısında təhlükəli vəziyyətlər yaranırdı. Belə epizodların birində - 22-ci dəqiqədə Mohamed Salah vurduğu baxımlı qolla komandasını hesabda irəli çıxardı.
Hesabı bərabərləşdirmək üçün irəli atılan Səudiyyə Ərəbistanı seçməsinin səyi ilk hissənin sonlarında bəhrəsini verdi. Əl-Fərəc 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabda tarazlığı bərpa etdi.
Fasilədən sonra hər iki tərəfin qol vurmaq imkanı olsa da, zərbələrdə dəqiqlik çatmırdı. Hamı görüşün heç-heçə başa çatdığını düşündüyü bir vaxtda isə Əl Davsari son dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırdı-2:1.
İran - Portuqaliya - 1:1
Qollar: Ansarifard, 90 (pen.) - Quarejma, 45
İstifadə edilməyən penalti: Kriştiano Ronaldo, 52
Saransk, "Mordoviya Arena"
İspaniya - Mərakeş - 2:2
Qollar: İsko, 19, Aspas, 90 - Butaib, 14, En Nesri, 81
Kalininqrad, "Kalininqrad" stadionu
Beləliklə, B qrupunda İspaniya və Portuqaliya komandaları 1/8 finala vəsiqə qazandılar.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!