Alternative content

05:05 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveçrəli futbolçular cəzalandırılacaq
İsveçrəli futbolçular cəzalandırılacaq
ANA SƏHİFƏ / İDMAN
01:06 26.06.2018

 

FİFA İsveçrə millisinin iki futbolçusu - Qranit Caka və Cerdan Şakirini siyasi jestlərinə görə iki oyunluq cəzalandıra bilər. Bu haqda BBC məlumat yayıb.

Hər iki futbolçu DÇ-2018-in Serbiya ilə matçında (2:1) Albaniyanın simvolu olan qartal jesti göstəriblər. FİFA-nın intizam qaydası bu tipli hərəkətləri təxribat hesab edir və 5 min avrodan 2 matça kimi cərimə nəzərdə tutur. Beynəlxalq futbol təşkilatı qərar verməzdən öncə şahidlər və ekspertlərin rəyini öyrənəcək. Əgər həqiqətən də bu jest təxribat hesab olunsa, o halda cəza veriləcək.

Xatırladaq ki, artıq hər iki futbolçu barəsində intizam işi açılıb.