26 Iyun 2018 01:06
347
İDMAN
A- A+

4 QOL, 1 XAL

 

Yaponiya - Seneqal - 2:2

Qollar: İnui, 34, Honda, 78 - Mane, 11, Mussa Vaque, 71

Yekaterinburq, “Yekaterinburq Arena”

 

Mundialda ən maraqlı mübarizənin getdiyi qruplardan biri də H qrupudur. İyunun 24-də Yaponiya-Seneqal matçı ilə qrupda 2-ci tura start verilib. Seneqal seçməsi ilk turda Polşaya nümayiş etdirdiyi baxımlı futbolla qalib gələrək 2002-ci il mundialdakı möhtəşəm çıxışını xatırlatdı. Həmin turnirdə də afrikalılar ən zəif bənd kimi təqdim edilsələr də, qrupun ilk matçında Fransa seçməsinə qalib gələrək hamını təəccübləndirmişdilər.

Bir sözlə, seneqallılardan həmin çıxışı Rusiyada da görürük. Əslində, Yaponiya ilə qarşılaşmaya da pis başlamamışdılar. İtaliyalı referi Canluka Rokkinin start fitindən sonra oyuna daha sürətli başlayıb, eyni zamanda meydançanın rəqibə aid hissəsində topa sahib olaraq yaponlara çətin anlar yaşatdılar. 11-ci dəqiqədə bu təzyiq qolla nəticələndi. Mane komandasını hesabda irəli çıxartdı.

Yaponiya qoldan sonra tədricən meydançanın özünə aid hissəsində ötürmələrə üstünlük verməklə əks hücumlarda müdafiədə boşluq axtarırdılar. Belə epizodlardan birində İnui hesab arasında tarazlığı bərpa etdi. Bundan sonra tərəflərin fərqlənməyə çoxlu sayda imkanları olsa da, yararlana bilmədilər.

İkinci hissəyə yenə seneqallı futbolçular daha fəal başladılar. Meydançanın mərkəzində atletik futbolçulara malik komanda demək olar ki, ikili mübarizələrdən çox vaxt qalib ayrılırdı. Nəticədə Mussa Vaque cinahdan qurulan hücumlardan birində müdafiəçilərin səhvindən istifadə edərək hesabı komandasının xeyrinə dəyişdi.

Lakin hamı Seneqal millisinin qalib gələcəyini gözlədiyi bir vaxtda Honda qurulan ani hücumlardan birində hesabı bərabərləşdirdi-2:2. Bu da oyunda son qol oldu.

 

Polşa - Kolumbiya - 0:3

Qollar: Mina, 40, Falkao, 70, Kuadrado, 76

Kazan, “Kazan Arena”

 

Polşa-Kolumbiya matçı ilə H qrupunda 2-ci tura yekun vurulub.  Qrupun ilk matçında Kolumbiyanın Yaponiyaya məğlubiyyəti futbol ictimaiyyətində böyük təəccüb yaratmışdı. Ancaq nəzərə alaq ki, kolumbiyalılar görüşün ilk dəqiqələrində qırmızı vərəqəyə görə azlıqda qalmışdılar. Bundan istifadə edən yaponlar 2:1 hesabı ilə qələbə qazanmışdılar.

Meksikalı referi Sezar Ramosun start fitindən sonra ilk dəqiqələrdən hiss olunurdu ki, Kolumbiya görüşə həm fiziki, həm də psixoloji cəhətdən çox yaxşı hazırlaşıb. Yəni komanda üçün bu görüşün ya tamam, ya da davam anlamı daşıdığı açıq-aşkar hiss olunurdu. Futbolçulardakı fəallıq isə Kolumbiya yığmasını qol vurmağa daha yaxın tərəf kimi göstərirdi. Bütün cəhdlərə baxmayaraq, ilk qolu 40-cı dəqiqədə vura bildilər. Mina fərqləndi.

Fasilədən sonra da üstünlüyü artıran Kolumbiya 70-ci və 76-cı dəqiqələrdə vurduğu qollarla matçda yekun hesabı müəyyənləşdirdi-3:0.

Beləliklə, bu qələbə sayəsində Kolumbiya seçməsi 1/8 finala yüksəlmək şansını son matça saxladı. Polşa isə sonuncu turdan asılı olmayaraq geri dönüş biletini sifariş verə bilər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video