Alternative content

22:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İNGİLİS TAMAŞASI
İNGİLİS TAMAŞASI
ANA SƏHİFƏ / İDMAN
01:06 26.06.2018

 

İngiltərə - Panama - 6:1

Qollar: Con Stons, 9, 40, Keyn, 22 (penalti),

45 (penalti), 63, Linqard, 36 - Baloy, 78

Nijni Novqorod, “Nijni Novqorod” stadionu

 

Rusiyada futbol bayramı davam edir. İyunun 24-də İngiltərə-Panama matçı ilə G qrupunda 2-ci tura yekun vurulub. Matçın favoriti İngiltərə yığması idi. Sadəcə olaraq hansı hesabla qalib gələcəyi sual altında idi. Hətta böyük hesablı bir qalibiyyət gözlənilirdi.

Qeydə alınan nəticə və komandalar arasındakı səviyyə fərqinin böyük olduğunu nəzərə alaraq matçın təhlilinə çox geniş yer vermək istəməzdik. Sadəcə olaraq onu demək olar ki, misirli baş hakim Gehad Qrişanın start fitindən sonra ingilislər meydançanın mərkəzində güclü pressinq tətbiq edərək rəqibin oynamasına imkan vermədi. Bir sözlə, təcrübə və futbolçular arasında səviyyə fərqinin yüksək olması tabloda öz əksini tapdı. Ardıcıl səhvlərə yol verən panamalılar yekunda 1:6 hesabı ilə uduzaraq mundialla vidalaşdılar.

Etiraf edək ki, İngiltərəni bundan əvvəlki dünya çempionatlarında belə çoşğulu oynadığını görməmişdik. Qazanmaq arzusunu meydançaya yaymaqla futbolçular bir-birlərini çox yaxşı tamamlayırlar. Xətlər arasında əlaqə çox yaxşı vəziyyətdədir. Xüsusilə hücum xəttində yer alan futbolçuların müdafiəyə köməyə gəlmələri və yenidən hücumda yer almaları komandanın fiziki durumunun yüksək səviyyədə olması anlamına gəlir. Bu tempi qarşıdakı oyunlarda da nümayiş etdirsələr, uzun illərdir həsrətində olduqları çempionluq sevincini yaşaya bilərlər.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”