Alternative content

19:08 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FİFA-dan Almaniyaya intizam işi
FİFA-dan Almaniyaya intizam işi
ANA SƏHİFƏ / İDMAN
01:06 26.06.2018

 

FİFA DÇ-2018-in 2-ci turunda İsveçlə oyundan sonra baş verən insidentə görə, Almaniya millisinin iki nümyəndəsinə qarşı intizam işi açıb. Xarici KİV-in  yaydığı xəbərə görə, bunlar yığmanın meneceri Qeorq Bexlau və mətbuat katibi Ulrix Foyqtdur.

Adıçəkilən şəxslər Almaniya millisinin son dəqiqədə vurduğu qələbə qolundan sonra İsveçin ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qarşı tərəfə yumruq göstərib, əl çalıb və digər qıcıqlandırıcı hərəkətlər ediblər. Nəticədə tərəflər arasında toqquşma baş verib.

Qeyd edək ki, daha sonra Almaniya Futbol Federasiyası, eləcə də Bexlau və Foyqt bu hərəkətə görə üzr istəmişdilər.