25 Iyun 2018 04:06
474
Mədəniyyət
A- A+

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədris ilinin yekunlarına həsr olunan iclas keçirilib

İyunun 25-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Ə.Qarayev məktəbin müəllim və şagird heyəti ilə görüşərək, burada yaradılan şəraitlə tanış olub. Məktəbdə yeni yaradılmış musiqi alətləri emalatxanası, rəsm dərnəyi, kitabxana ilə tanış olan nazirə burada fəaliyyət göstərən rəqs kollektivlərinin fəaliyyəti barədə məlumat verilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri direktorlarının iştirak etdiyi iclas Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tarixi barədə ARB televiziya kanalının çəkdiyi sənədli filmin nümayişi ilə başlanıb.

İclasda çıxış edən nazir Əbülfəs Qarayev musiqi və incəsənət məktəblərinin qarşısında duran məsələləri direktorların diqqətinə çatdırıb. Bildirib ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi nazirliyin tabeliyində fəaliyyət göstərən yeni fikri və yanaşmaları nümayiş etdirən məktəb kimi fəaliyyətdədir və bu indiyədək müəyyən yaradıcılıq yenilikləri nümayiş etdirib.

“Hazırda ölkədə fəaliyyət göstərən bütün musiqi və incəsənət məktəbləri bu yenilikləri tətbiq etməyə açıq olmalı, öz iş prinsiplərində müasir günün tələblərinə cavab verən təhsil sistemi qurmalıdırlar. Növbəti tədris ilində bir sıra məktəblərdə yeni düşüncə və müasir təhsil proqramları həyata keçiriləcək. Klassiklik və ənənə, müasirlik anlayışlı məktəblərdəki bütün sahələri əhatə etməlidir”, -deyə Ə.Qarayev söyləyib.

Nazir vurğulayıb ki, musiqi təhsili sahəsində cəmiyyətin tələbatını ödəyə biləcək sistem qurulmalıdır. Paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən musiqi məktəbləri bu yeniliklərə dəstək verməli, tədrisi innovativ üsullarla həyata keçirməlidir. Bu gün gənc nəslin estetik tərbiyəsinin formalaşmasında, ciddi musiqi və sənət anlamında zövqlərinin düzgün istiqamətləndirilməsində yeni düşüncə oyada biləcək fəaliyyət qurulmalı və bu təcrübə həm paytaxt, həm də region məktəbləri arasında bölünməlidir. Musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Çünki sabahın musiqiçiləri bu gün yetişməlidir və musiqimizin gələcəyi onların təhsilindən asılıdır:

“Gənc nəslin musiqi zövqünün düzgün istiqamətləndirilməsi, onların gələcəkdə musiqi mədəniyyətimizə töhfə verməsi üçün müasir və yeni düşüncəli pedaqoqlara ehtiyac var. Bu gün əsas məqsədlərdən biri musiqimizin keşiyində durmaq, onu yad meyillərdən qorumaqdır və bu iş ilk növbədə musiqi və incəsənət məktəblərinin öhdəsinə düşür. Musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün qurmalı, məktəblərdə yaradıcı mühit yaratmalı və musiqi mədəniyyətimizin gələcəyi naminə bacarıqlarını əsirgəməməlidir”.

Sonra Əbülfəs Qarayev musiqi və incəsənət məktəblərinin rəhbərlərinə növbəti tədris ili ilə bağlı öz göstəriş və tapşırıqlarını verib.

İclas təhsilin təkmilləşdirilməsi və optimallaşdırılması ilə bağlı müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video