Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

18:30 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vyaçeslav Volodin: Rusiya və Azərbaycan strateji tərəfdaşlardır
Vyaçeslav Volodin: Rusiya və Azərbaycan strateji tərəfdaşlardır
ANA SƏHİFƏ / PARLAMENT
04:06 25.06.2018

İyunun 25-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin Azərbaycanın və Rusiyanın dövlətlərarası və parlamentlərarası münasibətlərinin genişlənməsinə töhfə verəcəyini qeyd edib. Bildirib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rəsmi səfərləri və görüşləri böyük rol oynayır. Rusiya-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Rusiya onu tanıyan ilk ölkələrdən olub. Sevindirici haldır ki, bu müddət ərzində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb.

Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında təkcə siyasi dialoq deyil, həmçinin ticari-iqtisadi, mədəni-humanitar sahələrdə münasibətlər də yüksək səviyyədədir. Rusiya Azərbaycanın ən böyük ticari tərəfdaşlarından biridir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollardan çox olub. Rusiya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycanda rus dilinə, mədəniyyətinə böyük hörmət var. Bunlar xalqlarımızı bir-birinə daha da yaxın edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri qeyd edib ki, ATƏT-in Minsk qrupu bu məsələdə hələ heç nəyə nail ola bilməyib. Biz Rusiya dövlətinə bu münaqişənin həllinə göstərdiyi diqqətə görə minnətdarıq. Əminik ki, Prezident Vladimir Putin bu münaqişənin həlli üçün bütün səylərini göstərəcək. Biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq.

Vyaçeslav Volodin deyib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Dövlət Dumasının sədri iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayaraq bildirib ki, ticarət dövriyyəsinin 34 faiz artımı bunun çox yaxşı göstəricisidir. Keçən il Rusiyadan Azərbaycana gələn turistlərin sayı 850 minə qədər yüksəlib. Bu gün Azərbaycanda hər üçüncü turist Rusiya vətəndaşıdır. Rusiya vətəndaşları Azərbaycana gələrkən təhlükəsizliyi, rahatlığı, tarixi seçirlər. Bu, böyük nailiyyətdir.

Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunan Vyaçeslav Volodin bildirib ki, bu sahədə də əlaqələrin uğurla inkişaf etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Ölkələrimizin prezidentləri arasında dostluq münasibətləri və daimi təmas mövcuddur. Onlar əlaqələrimizin inkişafı üçün böyük işlər görürlər. Beynəlxalq arenada bir çox məsələlərdə birgə qərarların verilməsində Azərbaycan tərəfdən dəstək görürük.

V.Volodin, həmçinin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin deyib ki, ölkəmizdə 120 mindən çox rus yaşayır. Azərbaycandakı rus diasporu Cənubi Qafqazın ən böyük diasporudur. Burada rus dili ikinci dildir. Azərbaycanda rus dili geniş yayılmış dildir və burada yaşayan ruslar Azərbaycan dilini də gözəl bilirlər. Azərbaycanda rus xalqına, dilinə, tarixinə böyük hörmət var.

M.Zabelin qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan münasibəti bütün Azərbaycan xalqı kimi bizi də narahat edir. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda ruslar da döyüşüblər. Onlar müharibəyə könüllü gediblər. Biz istəyirik ki, bu münaqişə tez bir zamanda sülh yolu ilə həll olunsun.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM