Alternative content

11:52 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:06 24.06.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Bu yaxınlarda Rusiya Federasiyasında Vladimir Putinlə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında görüşlərin mütəmadi olaraq keçirildiyini qeyd etdi və bu təmasların əlaqələrimizin bütün istiqamətlərdə irəliyə aparılması baxımından önəmini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ikitərəfli münasibətlərimiz geniş sahələri əhatə edir, möhkəm siyasi əlaqələr mövcuddur, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və digər sahələrdə yaxşı dinamika müşahidə olunur. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əməkdaşlıq da böyük önəm daşıyır. Dövlətimin başçısı qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir və hər zaman beynəlxalq səviyyədə bir-birini qarşılıqlı surətdə dəstəkləyir. Bütün bunlar ölkələrimiz arasında etimada əsaslanan əlaqələrin yaxşı göstəricisidir. Prezident İlham Əliyev bir daha Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bildirdi ki, bu seçkilərdə insanlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, o cümlədən xarici siyasətə dəstək verdiklərini nümayiş etdiriblər. Vyaçeslav Volodin vurğuladı ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq əlaqələrinə əsaslanır və çox yüksək səviyyədədir. O qeyd etdi ki, dövlət başçılarının həyata keçirdiyi siyasət bu işdə xüsusi rol oynayır. Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunan Vyaçeslav Volodin bildirdi ki, bu sahədə də əlaqələrin uğurla inkişaf etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Vyaçeslav Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğuladı və bildirdi ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir. Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirdi və bu göstəricinin 18 faiz artdığını qeyd etdi. O, bildirdi ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.