Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:48 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV QOL YAĞIŞI
QOL YAĞIŞI
ANA SƏHİFƏ / İDMAN
01:06 24.06.2018

 

Belçika - Tunis - 5:2

Qol: Azar, 6 (pen); 51, Lukaku, 16;45+3, Batşuayi,90 - Bronn, 18, Xəzri, 90+3

Moskva, “Spartak” stadionu

 

İyunun 23-də Belçika-Tunis matçı ilə G qrupunda 2-ci tura start verildi. Qarşılaşmanın təhlilinə keçməzdən öncə bildirək ki, Tunis millisi dünya çempionatı tarixində ilk qələbə qazanan Afrika təmsilçisidir. Tunislilər 1978-ci il mundialında Meksika komandasından üstün olmuşdular. Komandanın ən böyük uğurlarından biri Afrika Millətlər Kubokunu qazanmasıdır.

Qrupun ilk matçında İngiltərə seçməsi ilə görüşdə tunislilərin nümayiş etdirdikləri futbol alqışlara layiq idi. Meydançanın demək olar ki, bütün zonalarında fəal oyun nümayiş etdirən ərəblər son dəqiqədə buraxdıqları qolla ingilislərə məğlub oldular.

Belçika seçməsi isə Rusiya mundialının favoritlərindən sayılır. Bu komandalar sonuncu dəfə dünya çempionatında 2002-ci ildə eyni qrupda yer almışdılar. O vaxt görüş 1:1 hesabı ilə yekunlaşmışdı.

ABŞ-lı baş hakim Jair Marrufonun start fitindən sonra görüşə daha sürətli başlayan tərəf Belçika millisi oldu və meydançanın tunislilərə aid hissəsində pressinq tətbiq edərək rəqibin oyun qurmasına maneçilik törətdi. Elə bunun nəticəsidir ki, hücumların qarşısını tunislilər çətinliklə ala bilirdilər. Belə epizodlardan birində cərimə meydançası içərisindəki kobudluğa görə hakim tunislilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Eden Azar dəqiq zərbə ilə Belçikanı hesabda irəli çıxardı.

Bundan sonra oyunda balansı itirən tunislilər çox çəkmədən qapılarında daha bir qol gördülər. Lukaku 16-cı dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırdı. Bu qoldan cəmi 2 dəqiqə sonra Tunis seçməsi cərimə zərbəsindən Bronnun vurduğu qolla hesab arasındakı fərqi minimuma endirdi. Hakimin ilk hissəyə əlavə etdiyi 3-cü dəqiqədə Lukaku özünün 2-ci, komandasının 3-cü qoluna imza atdı.

Fasilədən sonra Tunis millisi oyuna daha fəal başlasa da, fərqlənən yenə belçikalılar oldu. Azar özünün 2-ci, komandasının 4-cü qolunu vurdu. Bundan sonra ruhdan tədricən düşən Tunis millisinin qapısı qarşısında təhlükəli epizodlar yaşandı. Ancaq qapı tiri hesab arasındakı fərqin artmasına mane oldu. Lakin görüşün 90-cı dəqiqəsində Belçika seçməsi Mişi Batşuayinin sayəsində 5-ci qolunu vurdu. Görüşdə son nöqtəni isə tunisli Vəhbi Xəzri qoydu-5:2.

Beləliklə, 5:2 hesabı ilə qalib gələn Belçika millisi xallarının sayını 6-ya çatdıraraq 1/8 final mərhələsinə vəsiqəni təmin etdi. Qrupun digər matçı bu gün İngiltərə və Panama yığmaları arasında keçiriləcək.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM