Alternative content

16:50 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meksikanın ikinci zəfəri
Meksikanın ikinci zəfəri
ANA SƏHİFƏ / İDMAN
01:06 24.06.2018

 

Cənubi Koreya-Meksika - 1:2

Qol: Son, 90+3 - Vela, 26 (pen.), Çiçarito (66)

Rostov-Don, “Rostov-Arena” stadionu

 

Dünən F qrupunda ikinci turun oyunlarına start verilmişdir. İlk görüşdə gözlənilmədən Almaniya yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğratmış Meksika millisinin rəqibi Cənubi Koreya komandası idi. Əsasən bərabər mübarizə şəraitində keçən oyunun birinci hissəsində hər iki tərəfin qol şansları olsa da, meksikalılar fəqlənmişlər. 26-cı dəqiqədə top cərimə meydançasında Cənubi koreyalı  müdafiəçi Çu Se Çonun əlinə dəydikdən sonra serbiyalı baş hakim Milorad Majiç penalti təyin etmişdir. On bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Karlos Vela meksikalıları önə çıxarmışdır - 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissə bu hesabla başa çatmışdır.

İkinci hissəyə koreyalılar daha fəal başlamışlar. Lakin 66-cı dəqiqədə meksikalı hücumçu Xavyer Ernandes (Çiçarito) əks-hücum zamanı Cənubi koreyalı müdafiəçini arxada qoyaraq komandasının üstünlüyünü iki topa çatdırmışdır. Oyunun gedişatını dəyişmək üçün Cənubi Koreya millisinin baş məşqçisi əvəzetmələr etsə də, məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmamışdır. Koreyalılar oyuna əlavə olunmuş vaxtda ancaq 1 qolun əvəzini çıxa bilmişlər - “Tottenhem”in hücumçusu Son Xın Min baxımlı qola imza atmışdır. Beləliklə, ardıcıl ikinci oyunda qələbə qazanan Meksika yığması 6 xalla qrup lideri olmuşdur. Komanda qrupda sonuncu görüşünü iyunun 27-də Yekaterinburqda İsveç millisinə qarşı keçirəcək.