24 Iyun 2018 01:06
369
İDMAN
A- A+

Almaniya 10 nəfərlə qələbəni qopardı

 

Almaniya  - İsveç -  2:1

Qol: Roys (48), Kroos (90+5), Toyvonen (34)

Soçi, “Fişt” stadionu 

 

Dünən F qrupunda Almaniya-İsveç oyunu ilə ikinci turun oyunlarına yekun vurulmuşdur. Birinci turda gözlənilmədən Meksika yığmasına 0:1 hesabı ilə məğlub olmuş almanlara bu görüşdə hökmən qələbə lazım idi. İsveç millisi isə bundan əvvəlki oyunda Cənubi Koreya komandasını 1:0 hesabı ilə məğlub edərək 3 xal qazanmışdı.

Polşalı baş hakim Şimon Martsinyakın  idarə etdiyi qarşılaşma almanların hücumları ilə başladı.  Artıq ikinci dəqiqədə isveçlilərin qapısı qarşısında təhlükəli epizod yarandı. Lakin almanlar bundan istifadə edə bilmədilər. Bir neçə dəqiqədən sonra Berq əks-hücumda Noyerlə üzbəüz qalsa da, qol şansını qaçırdı. Düzdür, həmin epizodda mübahisəli vəziyyət yaranmışdı və hakim penaltini təyin edə bilərdi. Almaniya millisinin təzyiqi nəticə vermədikdə gözlənilmədən özləri məğlub duruma düşdü. 34-cü dəqiqədə zərbə mövqeyinə çıxan Ola Toyvonen soyuqqanlıqla topu Noyerin üzərindən aşırdı - 0:1. Almanların fəallığına baxmayaraq, birinci hissə isveçlilərin minimal qələbəsi ilə başa çatdı. İkinci hissədə Yoahim Löv Drekslerin əvəzinə Qomesi meydançaya buraxmaqla hücum xəttini gücləndirdi və bu, tezliklə öz bəhrəsini verdi. Sol cinahdan verilən ötürməni Roys dəqiq zərbə ilə başa çatdırdı - 1:1. Qoldan ruhlanan almanlar ardıcıl olaraq bir neçə təhlükəli vəziyyət yaratsa da, bundan istifadə edə bilmədilər. 82-ci dəqiqədə isə onların müdafiəçisi Boatenq ikinci sarı vərəqə aldığı üçün meydançadan çıxarıldı. Son dəqiqələr çox gərgin mübarizə şəraitində keçmişdir. Almanlar daha bir neçə qol şansını boşa versə də, nəhayət, hakimin əsas vaxta əlavə etdiyi 5-ci dəqiqədə arzularına çatdılar. Standart vəziyyətdən Toni Kroos fərqlənmişdir - 2:1. Beləliklə,  1/8 mərhələsinə vəsiqə qazanacaq komandalar son turda keçiriləcək İsveç-Meksika və Cənubi Koreya-Almaniya oyunlarından sonra bəlli olacaq.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video