24 Iyun 2018 01:06
335
İDMAN
A- A+

Karlos Sançez ölüm təhdidi ilə üzləşib

 

Kolumbiya millisinin futbolçusu Karlos Sançez ölüm təhdidi ilə üzləşib. Buna səbəb onun dünya çempionatının ilk turu çərçivəsində Yaponiya ilə matçda qırmızı vərəqə almasıdır. Belə ki, kolumbiyalı azarkeşlər Yaponiyaya 1:2 hesablı məğlubiyyətdə 32 yaşlı yarımmüdafiəçini günahlandırırlar.

Onlar artıq bununla bağlı sosial şəbəkələrdə paylaşımlar da ediblər. 3-cü dəqiqədə meydandan qovulan Sançezi Andre Eskobarın taleyi gözlədiyini də gizlətməyiblər: “Əgər Eskobar DÇ-1994-də öz qapısına qol atdığı üçün öldürüldüsə, o zaman Sançez də öldürülməlidi. Meyiti də murdarlanmalıdı”.

Artıq bu paylaşım Kolumbiya polisini də hərəkətə gətirib. Asayiş keşikçiləri bu paylaşımların sahiblərini aşkara çıxarmaq üçün xüsusi qrup yaradıblar. Ölkə radiosu isə kibercinayətlə bağlı istintaq başladığını açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video