Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:59 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV II Avropa Oyunlarının açılışına qədər geriyə sayım başlandı
II Avropa Oyunlarının açılışına qədər geriyə sayım başlandı
ANA SƏHİFƏ / İDMAN
10:06 23.06.2018

II Avropa Oyunları 2019-cu ildə Belarusda keçiriləcək. Bununla əlaqədar Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdəki yenilənmiş “Dinamo” stadionunda geriyə sayım hesabını açmışdır.

AZƏRTAC BelTA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı müvafiq düyməni basandan sonra işıq-diod ekranlarında II Avropa Oyunlarının açılışına qədər geriyə sayım başlanıb.

Bu mərasim Minsk səmasında və xüsusən stadiondakı piyalədə pirotexnik effekt ilə müşayiət olunub. Aleksandr Lukaşenko qeyd edib ki, II Avropa Oyunları Belarus üçün və bütün dünya ictimaiyyəti üçün möhtəşəm hadisə, “Dinamo” stadionu isə bu Oyunların döyünən qəlbi olacaq. Yüngül atletika üzrə yarışlar və oyunların açılış mərasimi burada keçiriləcək.

II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək badminton, basketbol 3x3, boks, güləş (yunan-Roma, sərbəst güləş və qadın güləşi), velosiped idmanı (trek və şose), gimnastika (idman, bədii, akrobatika, aerobika və batut üzərində tullanma), baydarka və kanoedə avarçəkmə, cüdo, karate, yüngül atletika, sambo, kamandan oxatma, atıcılıq (güllə və stend atıcılığı), stolüstü tennis və çimərlik futbolu növləri üzrə Minskdə keçiriləcək.

Avropa olimpiya komitələrinin ekspertləri yarışların startına bir il qalmış Minskin bu tədbirə hazırlığını yüksək qiymətləndiriblər. Qarşıdakı yarışların proqramı praktiki olaraq, hazırdır. Burada 200 dəstdən çox mükafat uğrunda mübarizə gedəcək, 10 idman növü üzrə yarışlar isə Tokioda Olimpiya Oyunları üçün seçmə xarakteri daşıyacaq.

Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM