Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qələbə həsrətinə son
Qələbə həsrətinə son
ANA SƏHİFƏ / İDMAN
02:06 23.06.2018

 

Braziliya - Kosta Rika - 2:0

Qol: Koutinyo (90+1), Neymar (90+7)

Sankt-Peterburq, “Sankt-Peterburq” stadionu

 

Dünən Braziliya-Kosta-Rika matçı ilə E qrupunda 2-ci tura start verildi. Bundan əvvəlki mundiallarda daha yaxşı təsir bağışlayan, oynadığı futbolla dünyanın rəğbətini qazanan Braziliya millisindən DÇ-2018-də əsər-əlamət yoxdur. Argentinanın da bu mundialdakı çıxışını nəzərə alsaq Cənubi Amerikada futbolun səviyyəsinin getdikcə aşağı düşdüyünü söyləmək olar.

“Məni yalnız bir şey narahat edir.  Dünya çempionatına cəmi bir neçə gün qalır, bizim isə hələ də münasib komandamız yoxdur. Ayrı-ayrılıqda bütün oyunçular yaxşıdır, lakin onlarda komanda hissi yoxdur. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Hazırda o, daha kamil və təcrübəli futbolçu olsa da, dünya çempionatında təkbaşına qalib gələ bilməyəcək. Belə turnirlərdə yalnız komandalar qalib gəlir”. Bu fikirlər Braziliya futbolunun canlı əfsanəsi Peleyə məxsusdur. Görünür, veteran futbolçu komandasının mundiala heç də yaxşı hazırlaşmadığını bildiyindən Braziliyadan ümidini kəsib. Elə Kosta-Rika ilə qarşılaşmada son dəqiqələrdə nəticə əldə edilsə də,  nümayiş etdirilən futbol Pelenin dediklərinin təsdiqi oldu.

Hollandiyalı hakim Byörn Kuypersin start fitindən sonra Braziliya oyuna daha sürətli başladı. Düzdür, meydançanın özlərinə aid hissəsində qısa ötürmələrlə topu saxlasalar da, oyun qurmaqda çox əziyyət çəkirdilər. Ancaq bunlara baxmayaraq, top rəqibdə olarkən tətbiq edilən pressinqi və ikili mübarizələrdəki çıxışı braziliyalılar üçün müsbət hal kimi qiymətləndirmək olardı. Onu da qeyd edək ki, görüşdən əvvəl Braziliyanın əsas qol silahı Neymarın zədə ucbatından bu qarşılaşmada oynayıb-oynamayacağı sual altında idi. Lakin həkimlərin səyləri nəticəsində ulduz futbolçu meydançaya çıxmışdı.

Görüşün 15-ci dəqiqəsindən etibarən Braziliya seçməsi, demək olar ki, topa daha çox sahib olmağa başladı.  Kosta-Rika millisi isə əsasən əks hücumlara üstünlük verirdi. İmkan düşdükcə isə uzaqdan zərbələrlə fərqlənmək istəyirdi. Bütün səylərə baxmayaraq, ilk hissədə qol olmadı.

İkinci hissənin əvvələrində Braziliyanın hesabı açmaq üçün kifayət qədər imkanları oldu. Lakin Koutinyonun qeyri-dəqiqliyi buna imkan vermədi. Kosta-Rika millisi isə müdafiə olunaraq oyunu rəqibin səhvləri üzərində qurmuşdu. Lakin meydançanın mərkəzində itirilən hər top Kosta-Rikanın qapısı qarşısında təhlükəli epizodların yaranması ilə nəticələnirdi.

Görüşün 78-ci dəqiqəsində Neymar cərimə meydançası içərisində ikili mübarizədə yerə yıxıldı. Hakim əvvəlcə penalti nöqtəsini göstərsə də, videotəkrardan (VAR) sonra Neymarın simulyasiyaya yol verdiyini, qərarın ləğv edildiyini bildirdi.

Bütün bunlara baxmayaraq, Braziliya 91-ci dəqiqədə arzusuna çatdı. Sağ və sol cinahlardan ötürülən toplar öz bəhrəsini verdi.  Koutinyo qapıçı Keylos Navasla dueldən qalib ayrıldı. Görüşdə son nöqtəni isə

97-ci dəqiqədə Neymar qoydu-2:0.

Beləliklə, 2:0 hesabı ilə qalib gələn Braziliya yığması xallarının sayını 4-ə çatdırdı.

 

Serbiya - İsveçrə - 1:2

Qollar: Aleksandr Mitroviç, 6 - Qranit Caka, 52; Xerdan Şakiri, 90

Kalininqrad. Şəhər stadionu

 

Qrupda 2-ci tura Serbiya-İsveçrə matçı ilə yekun vuruldu. FİFA reytinqində 34-cü pillədə qərarlaşan Serbiya çempionatda oynadığı 44 matçın 18-də qələbə qazanıb, eyni sayda da məğlubiyyətlə üzləşib. 8 görüş isə heç-heçə yekunlaşıb. İsveçrə isə FİFA reytinqində 6-cı yerdə qərarlaşıb. Mundiallarda oynadığı 34 matçın 11-də qələbəyə sevinən isveçrəlilər 16 dəfə məğlubiyyətlə barışmalı olublar.

Qarşılaşma Serbiya millisi üçün daha çox əhəmiyyət kəsb edirdi. Çünki ilk matçda Kosta-Rikadan güclü olan serblər bu görüşdən 3 xalla ayrılacaqları təqdirdə 1/8 final mərhələsini təmin etmiş olacaqdılar. Həm də nəzərə almaq lazımdır ki, qrupun son turunda rəqib hələ də ciddi tənqid hədəfinə tuş gələn Braziliya yığmasıdır.

Almaniyalı referi Feliks Brixin start fitindən sonra oyuna daha arzulu başlayan tərəf serblər oldular. Meydançanın mərkəzində ilk dəqiqələrdən tətbiq edilən pressinq öz bəhrəsini verdi. Steven Zuberdən topu alan Dusan Tadiç birbaşa cərimə meydançası içərisinə ötürmə etdi. Aleksandr Mitroviç baş zərbəsilə topu qapıya göndərərək Serbiyanı hesabda irəli çıxartdı.

Qoldan sonra üstünlüyü tədricən ələ keçirən İsveçrə bir neçə dəfə rəqib qapısı qarşısında təhlükəli qol epizodları yaratsa da, yararlana bilmədi. Hücumların qarşısını almaq üçün serblər çox ciddi kobudluğa da yol verirdilər.

Fasilədən sonra üstünlüyü ələ alan İsveçrə yığması Qranit Cakanın vurduğu mükəmməl qolla hesabda tarazlığı bərpa etdi. Matçın son dəqiqəsində isə Xerdan Şakiri İsveçrəni hesabda irəli çıxartdı. Bu, oyunda son qol oldu.