23 Iyun 2018 02:06
401
İDMAN
A- A+

ƏHMƏD MUSA Argentinanı ümidləndirdi

 

Nigeriya - İslandiya - 2:0

Qollar: Əhməd Musa, 49, 75

Qolla nəticələnməyən penalti: Qilfi Siqurdsson, 83 (qeyri-dəqiq)

Volqoqrad. “Volqoqrad Arena”

 

İyunun 22-də D qrupunda keçirilən Nigeriya-İslandiya matçı ilə 2-ci tura yekun vurulub. Bu görüşdən bir gün əvvəl qrupun digər matçında Xorvatiya millisi Argentinaya 3:0 hesabı ilə qalib gəlmişdi. Məhz bu qarşılaşmadan sonra argentinalılar Nigeriya yığmasına azarkeşlik edirdilər. Çünki Afrika təmsilçisi qalib gələcəyi təqdirdə Argentina millisinin qrupdan növbəti mərhələyə adlamağa şansı qalırdı.

Necə deyərlər, Cənubi Amerika təmsilçisinin arzuları çin oldu. 2:0 hesabı ilə qalib gələn nigeriyalılar 3 xalla qrupda 2-ci pilləyə yüksəldilər. Qrupda sonuncu turda rəqib Argentina millisi olacaq. Yəni, futbolsevərləri çox maraqlı və gərgin bir qarşılaşma gözləyir.

İndi isə gələk matçın qısa təhlilinə. Yeni zelandiyalı hakim Matt Kongerin idarə etdiyi qarşılaşmanın ilk hissəsi çox aşağı tempdə keçdi. Tərəflər daha çox kəşfiyat xarakterli oyun nümayiş etdirərək bir-birilərinin səhv buraxacaqları məqamı gözləyirdilər.

İkinci hissədə Nigeriya yığmasının baş məşqçisi Gernot Rorun etdiyi taktiki dəyişikliklər özünü doğrultdu. Üçlü müdafiə düzülüşünü seçən komanda yarımmüdafiədə daha inamlı təsir bağışlamağa başladı. Qurulan əks hücumların birində Əhməd Musa baxımlı qol vuraraq komandasını hesabda irəli çıxartdı.

Bundan sonra daha çox irəli atılan islandlar geridə çox ciddi boşluqlar buraxmağa başladılar. Daha çox atletik futbolçulardan qurulan Nigeriya bundan istifadə etməyi bacardı. 75-ci dəqiqədə Əhməd Musa özünün və komandasının ikinci qoluna imzasını atdı.

Əslində qeyd etmək yerinə düşərdi ki, İslandiya seçməsi hesabda geriyə düşərkən oyunu qurmaqda çətinlik çəkən bir komandadır. Bundan isə Nigeriya yığması ağıllı və kollektiv oyunla müdafiə olunaraq əslində bir növ islandlara qalib gəlməyin şifrəsini nümayiş etdirdi.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video