Alternative content

08:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misirin Futbol Federasiyası şikayət edir
Misirin Futbol Federasiyası şikayət edir
ANA SƏHİFƏ / İDMAN
02:06 23.06.2018

 

Misir Futbol Federasiyasının prezidenti Hani Abu-Rida bildirib ki, rəhbərlik etdiyi qurum ölkə komandasının DÇ-2018-də Rusiya milli yığması ilə keçirdiyi görüşün (1:3) hakimi Enrike Kaseresdən şikayət edəcək:

“Referi bir sıra ədalətsiz qərarlar qəbul edib. Məsələn, o, Mərvan Mohsen cərimə meydançasında yıxılanda VAR sistemindən istifadə etməyib. Halbuki həmin halda cərimə zərbəsi təyin edilməli idi. Bundan başqa, Əhməd Fəthinin avtoqolu zamanı ona qarşı kobudluq edilib. Biz hüququmuzdan istifadə edirik və müvafiq araşdırma aparılmasını tələb edirik”.