22 Iyun 2018 07:06
656
PARLAMENT
A- A+

Azərbaycan parlament nümayəndə heyətinin Çinə səfəri davam edir

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-də Şanxay şəhərinin meri Yin Yon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, qədim İpək Yolu vasitəsilə təməli qoyulan münasibətlərimiz hazırda xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti böyükdür. Bu baxımdan Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmalar müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına böyük töhfələr verib.

Bildirilib ki, ölkələrimiz arasında olan siyasi etimad və qarşılıqlı anlaşma iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə təkan verir.

Tərəflər Azərbaycan ilə Çin arasında son illər iqtisadi sahədə, o cümlədən enerji, ticarət, infrastruktur, maşınqayırma, turizm və digər istiqamətlər üzrə nümunəvi əməkdaşlığın yaranmasından məmnunluq ifadə edərək, Çin iqtisadiyyatında böyük mövqeyi olan Şanxay şəhəri ilə ölkəmiz arasında əlaqələrin daha da dərinləşməsinin səmərəli olacağını vurğulayıblar.

Nümayəndə heyəti Şanxay Şəhərsalma və Planlaşdırma Sərgi Salonunda şəhərin müxtəlif dövrlərdə inkişafını və müasir infrastrukturunu əks etdirən eksponatlara baxıblar. Bildirilib ki, Yantzsı çayının deltasında yerləşən Şanxay Çinin ən böyük şəhərlərindən biri olmaqla yanaşı, ölkənin iri maliyyə və ticarət mərkəzi, nəqliyyat qovşağı və limanıdır.

Azərbaycan nümayəndə heyəti Şanxayın tarixi abidələri və müasir turizm infrastrukturu, o cümlədən Çində birinci, dünyada isə ikinci ən hündür bina olan “Şanxay qülləsi” və “Şərq mirvarisi” televiziya qülləsində olub, şəhərin mənzərəsini seyr edib.

Özünün sürətli inkişafı və nadir tikinti layihələri ilə dünyanın diqqət mərkəzində olan Şanxayda həyata keçirilən infrastruktur işləri nümayəndə heyətimizdə xoş təəssürat yaradıb.

Milli Məclisin sədri Oqtay Əsədov Şanxay Şəhərsalma və Planlaşdırma Sərgi Salonunun, “Şanxay qülləsi”nin və “Şərq mirvarisi” televiziya qülləsinin xatirə kitablarına ürək sözlərini yazıb.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliağa Hüseynov, Xanlar Fətiyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video