Alternative content

07:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FİASKO...
FİASKO...
ANA SƏHİFƏ / İDMAN
12:06 22.06.2018

 

Argentina -Xorvatiya - 0:3

Qol: Rebiç, 54, Modriç, 81,Rakitiç, 90+1

Nijni Novqorod. Şəhər stadionu

 

İyunun 21-də Argentina-Xorvatiya qarşılaşması ilə D qrupunda 2-ci tura start verildi. Bir tərəfdə ilk turda Nigeriyaya qalib gələrək mundiala qələbə ilə başlayan Xorvatiya millisi, digər tərəfdə isə İslandiya seçməsi ilə heç-heçə oynayaraq sürpriz nəticəyə imza atan və tənqidlərlə üzləşən çempionatın favoritlərindən sayılan Argentina yığması. Çox maraqlı və gərgin mübarizənin olacağı qarşılaşmanın adından bəlli idi.

 “Əgər Sampaoli belə davam etsə, Argentinaya qayıda bilməyəcək.Günah  futbolçularda deyil, məşqçidədir. Oyuna hazırlıq yox səviyyəsində idi. Boş vədlər dövrü arxada qalıb. Özünlə 25 məşqçi də gətirə bilərsən, amma işləmək lazımdır”. Bu fikirləri bir neçə gün öncə Argentinanın əfsanəvi futbolçu Maradona deyib. Həqiqətən oynanılan futbol, taxtiki gedişlər, futbolçu və mövqe seçimləri bu gün Argentina ictimaiyyəti baş məşqçi Xorxe Sampaolinin işindən narazıdırlar. Bundan əvvəl oynanılan hazırlıq matçlarında da baş məşqçi ciddi tənqidlərə məruz qalmışdır.

D qrupunun 1-ci turunda İslandiya seçməsi ilə qarşılaşmada baxımsız futbol 2-ci turda Xorvatiya ilə görüşdə də davam etdi. 

Özbəkistanlı referi Ravşan İrmatovun start fitindən sonra Argentina millisi oyuna daha sürətli başlamaq istəsə də, meydançanın mərkəzində ciddi təzyiqlə üzləşdi. Bu görüşdə xorvatlara 1 xal da sərf etdiyinə görə əsasən əks hücumlarda qol vurmaq taxtikasını seçmişdilər. Əslində, ilk hissədə istədiklərinə demək olar ki, nail oldular. Hətta hesabı açmaq üçün bir neçə epizoddan yararlana bilmədilər. Argentinalılar topa daha çox sahib olsalar da, real qol imkanları Xorvatiyada yetərincə idi. Bütün cəhdlərə baxmayaraq ilk hissə qolsuz başa çatdı.

Fasilədən sonra Argentina millisi qapıçısı Villi Kabalyeronun (54-cü dəqiqə) kobud səhvindən sonra qol buraxdı.

Bundan sonra özlərini itirən aregntinalılar kəsərsiz hücumlar edir, meydançanın mərkəzində kobud səhvlər buraxırdılar. Belə səhvlərdən birində 81-ci dəqiqədə Luka Modriç uzaqdan vurduğu mükəmməl qolla hesab arasındakı fərqi 2 topa çatdırdı. 91-ci dəqiqədə isə İvan Rakitiç görüşdə son nöqtəni qoydu-3:0.

Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan xorvatlar xallarının sayını 6-ya yüksəldərək 1/8 finala vəsiqə qazandılar. Argentina millisinin işi isə möcüzələrə qaldı.

D qrupunda 2-ci tura bu gün keçiriləcək Nigeriya-İslandiya matçı ilə yekun vurulacaq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”