Alternative content

09:15 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kuper istefaya göndərilir
Kuper istefaya göndərilir
ANA SƏHİFƏ / İDMAN
12:06 22.06.2018

 

Misir Futbol Federasiyası yığmanın baş məşqçisi Ektor Kuperlə yollarını ayırmaq qərarına gəlib.

Apasport.az saytının “Əl-Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, federasiya rəhbərliyi və məşqçilər heyəti arasındakı qarşılıqlı razılaşmaya əsasən, müqaviləyə xitam veriləcək. Kuper iyunun 25-də Volqoqradda keçiriləcək Misir - Səudiyyə Ərəbistanı matçından sonra tutduğu postdan ayrılacaq.

 Qeyd edək ki, Misir dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirdiyi hər iki oyunda (Uruqvay-0:1, Rusiya-1:3) məğlub olub.