22 Iyun 2018 12:06
333
İDMAN
A- A+

Hakim Ronaldudan formasını istədi

 

Mərakeş millisinin yarımmüdafiəçisi Nordin Amrabat dünya çempionatının qrup mərhələsində Portuqaliya ilə keçirilən oyunu dəyərləndirib, üstəlik baş hakim Mark Gigeri də tənqid edib.

Futbolçu ABŞ-lı referin fasilədə yeganə qolun müəllifi olan Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldudan formasını istədiyini bildirib: “Hakim Ronaldunun təsiri altında qalmışdı. Hətta fasilədə ondan formasını da istəyib. Bunu Pepe danışarkən eşitdim. Qəribə hərəkətdi. Bura dünya çempionatıdı, sirk deyil”.

Amrabat qarşılaşmanın 30-cu dəqiqəsindəki mübahisəli epizoda da toxunub. O, penaltilərinin verilmədiyini iddia edib: “Rəqib yalnız müdafiə olunurdu. 5-6 real qol imkanımız oldu. Biz qələbəyə daha çox layiq idik. Hətta Ronaldu da meydanın özlərinə aid hissəsinə çəkilmişdi. O ki qaldı penalti epizoduna, hakim orda yanlış qərar verdi. Tez-tez VAR sistemindən danışırlar. Əgər istifadə etməyəcəklərsə, danışmağın heç bir mənası yoxdu”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video