Alternative content

09:45 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV RONALDUNUN benefisi
RONALDUNUN benefisi
ANA SƏHİFƏ / İDMAN
02:06 21.06.2018

 

Mərakeş - İran - 0:1

Qol: Aziz Buhadduz, 90+4 (avtoqol)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, “Krestovski” stadionu

 

İyunun 15-də Mərakeş- İran matçı ilə B qrupunda mübarizəyə start verildi. Mərakeş millisi, yəqin ki, çoxlarının xatirində Braziliyanın 1998 mundialında gözlənilmədən Norveçə uduzaraq (1:2) qrupdan çıxmasına imkan vermədiyi komanda kimi qalıb. Həmin haqsızlıq mərakeşlilərə necə təsir etmişdirsə, növbəti dörd dünya çempionatına qatıla bilməmişdilər.

İndi isə təxminən bir ildir ki, məğlubiyyət nə olduğunu bilməyən, mundial ərəfəsində keçirdikləri 5 oyundan 4-də qalib gələn Mərakeş  DÇ-1986-dakı uğurlarını (1/8 final), çətin, təkrarlasınlar. Baxmayaraq ki, heyətlərində “Real Madrid” (19 yaşlı müdafiəçi Əşrəf Hakimi), “Yuventus” (müdafiəçi Mehdi Benatia), “Qalatasaray” (yarımmüdafiəçi Yunes Belhanda) kimi klubların futbolçuları var.

İran komandası bizim üçün həmişə heyətindəki cənubi azərbaycanlı futbolçuların çıxışı baxımından maraqlı olur. İran millisinin heyətində  Ərdəbil doğumlu Kərim Ansarifardın oyunu xüsusilə diqqət cəlb edir. Yunanıstanın “Olimpiakos” klubunda forma geyinən Kərim ötən mövsümü 17 qolla başa vurub.

Son 6 yoxlama oyununda 4 qələbə və 2 məğlubiyyətə imza atan İran millisinin mundialın iştirakçıları arasında ilk olaraq Rusiyaya gəlməsi də diqqət çəkir.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüş bəlkə də mundialın ən baxımsız oyunları sırasında ilk 3-lüyə düşər. Yekunda Aziz Buhadduzun avtoqolu İran yığmasına qələbə qazandırdı.

 

Portuqaliya - İspaniya - 3:3

Qollar: Ronaldu, 4 (pen.), 45, 88 - Dieqo Kosta, 25, 55, Naço, 58

Baş hakim: Canluka Rokki (İtaliya)

Soçi, “Fişt” stadionu

 

Qrupun digər matçı isə bol qolla yadda qaldı. Portuqaliya-İspaniya matçında 6 qol vuruldu. Portuqaliya Rusiya mundialına Avropa çempionu kimi gəlib. Komandanın yenə əsas ümidi Kriştianu Ronaldudur. Onunla portuqallar ən yaxşı halda DÇ-2006-da 4-cü yeri tutublar. Ümumiyyətlə, bundan əvvəl 3 mundiala qatılan portuqaliyalı futbolçunun şəxsi statistik göstəriciləri belədir: 13 oyun, 3 qol və 2 sarı vərəqə. Yeri gəlmişkən, dünya çempionatlarının seçmə turnirində 30 qol vuran Ronaldu bu göstəricidə avropalılar arasında rekordçudur. İspaniya ilə matçda da het-trikə imza atan Ronaldu Portuqaliyanı məğlubiyyətdən xilas etdi. İspaniyada isə Dieqo Kosta (2) və Naço fərqlənib.

İki dəfə Avropa, 1 dəfə də dünya çempionu olduqdan sonra DÇ-2014 (qrupda 3-cü yer) və Avro-2016-da (1/8 final) uğursuz çıxış edən İspaniya millisi Xulen Lapoteginin rəhbərliyi altında keçirdiyi 20 oyunun heç birində məğlub olmamışdı: 14 qələbə və 6 heç-heçə. Martda Argentina ilə yoldaşlıq görüşündəki 6:1 hesablı qələbə, ötən il isə İtaliyaya 3:0 hesabı ilə qalib gəlmələri ispanların gücündən xəbər verirdi.

Amma “Real”la müqavilə bağlaması səbəbindən Lapoteginin mundialdakı ilk oyunlarına iki gün qalmış baş məşqçi vəzifəsində millinin idman direktoru Fernando Yerro ilə əvəzlənməsinin ispanların Rusiyadakı çıxışına necə təsir edəcəyi maraqla gözlənilirdi.

Yeri gəlmişkən, DÇ-2010-da çempionluğa görə hərəyə 600 min avro mükafat alan İspaniya millisinin oyunçularına Rusiya mundialının qalibi olacaqları təqdirdə 825 min avro vəd olunub.

 

Portuqaliya - Mərakeş - 1:0

Qol: Kriştianu Ronaldo, 4

Baş hakim: Mark Giger (ABŞ)

Moskva, “Lujniki stadionu”

 

Dünən Portuqaliya - Mərakeş matçı ilə B qrupunda 2-ci tura start verildi. Hakimin start fitindən sonra təzyiqi artıran portuqaliyalılar 4-cü dəqiqədə arzularına çatdılar. Kriştianu Ronaldu vurduğu qolla komandasını hesabda irəli çıxartdı. Bundan sonra görüşdə daha çox qol vurulacağı gözlənilsə də, hər iki tərəf bir neçə qol epizodunu boşa verdi. Nəticədə 1:0 hesabı ilə qələbə qazanan Portuqaliya qrupda liderliyə yüksəldi.

 

İran - İspaniya - 0:1

Qol: Dieqo Kosta, 54

Baş hakim: Andres Kunya (Uruqvay)

Kazan, “Kazan Arena”

 

Qrupun digər matçında isə İran və İspaniya yığmaları üz-üzə gəldilər. Hamı ispanların görüşü rahat qələbə ilə başa vuracağını gözləsə də, olmadı. İlk hissədə İranın müdafiə xətti İspaniyanın hücumunu böyük ustalıqla dəf etməyi bacardı. Xüsusilə İniyesta və İskonun oyun qurmasına mane olan İran əks hücumlardan fərqlənməyi düşünürdü. Bütün cəhdlərə baxmayaraq, ilk hissədə qol olmadı.

Fasilədən sonra taxtiki gedişdə dəyişiklik edən və hücumlarının sayını artıran ispanlar 54-cü dəqiqədə arzularına çatdılar.  Dieqo Kosta müdafiəçilərin kobud səhvindən istifadə edərək hesabı açdı.

Qoldan sonra hücuma atılan İran millisi oyunu meydançanın rəqibə aid hissəsində qurmaq istəyirdi. Lakin ispanların presinq tətbiq etməsi ötürmələrdə qeyri-dəqiqliyə səbəb olurdu. Bunlara baxmayaraq, iranlıların hesabı bərabərləşdirmək üçün imkanları var idi. Ancaq qeyri-dəqiqlik mundialda növbəti sürprizin qeydə alınmasına mane oldu.

Beləliklə, 1:0 hesabı ilə qələbə qazanan İspaniya yığması xalların sayını 4-ə çatdırdı.