21 Iyun 2018 02:06
308
İDMAN
A- A+

Oyun yox, nəticə var

 

Fransa - Avstraliya - 2:1

Qol: Antuan Qrizman, 58 (pen.); Aziz Behiç, 81 (avtoqol) - Mayl Yedinak, 62 (pen.)

Baş hakim: Andres Kunya (Uruqvay)

Kazan, “Kazan Arena”

 

İyunun 16-da C qrupuna Fransa-Avstraliya qarşılaşması ilə start verildi. Görüşdə fransızlar A.Qrizmanın vurduğu penalti zərbəsindən sonra hesabda irəli çıxdılar. Avstraliya yığması 62-ci dəqiqədə penalti zərbəsi ilə hesabdakı tarazlığı bərpa etdi. Lakin 81-ci dəqiqədə Aziz Behiçin avtoqolu Fransa yığmasına 2:1 hesablı qələbə qazandırdı.

Əfsanəvi Valeri Lobanovskinin məşhur fikri var: “Oyun unudulur, nəticə isə qalır”. C qrupunda yer alan komandalar mundial ərəfəsində uğurlu nəticələr göstərsələr də, onlardan yalnız ikisi 1/8 finala çıxa biləcək.

Son bir ildə keçirdiyi 12 oyunun cəmi birində məğlubiyyət (martda yoldaşlıq görüşündə Kolumbiyaya 2:3 hesabı ilə) acısı yaşayan Fransa millisi, şübhəsiz, DÇ-2018-in əsas favoritlərindən biridir. Fransızların istənilən müdafiəni yara biləcək yarımmüdafiə və hücum xətti var. “Barselona”nın hədəfində olan Antuan Qrizman (“Atletiko Madrid”) və hazırda bu klubda oynayan Ousman Dembele, “Çelsi”də çıxış edən Olivye Jiru və N'Qolo Kante, həmçinin Pol Poqba (“Mançester Yunayted”) və mundialın ən gənc oyunçularından biri 19 yaşlı Kilian Mbappeni (“Pari Sen-Jermen”) nümunə göstərmək olar.

Fransa ilə görüşdə də göründü ki, DÇ-2010-da Hollandiyanı finala çıxaran baş məşqçi Bert van Marveyk hazırda rəhbərlik etdiyi Avstraliya komandası ilə bu uğuru  təkrarlaya bilməyəcək.

Əvvəl çıxış etdiyi 4 mundialda yalnız bir dəfə 1/8 finala çıxan (DÇ-2006) avstraliyalıların həmin nailiyyəti belə təkrarlaya biləcəkləri inandırıcı görünmür. Düzdür, avstraliyalılar son Asiya çempionlarıdır (2015), həm də keçirdikləri son 9 oyunda cəmi bir dəfə məğlub olublar. Amma hazırkı heyətlə onlar çətin ki, qrupdan çıxa bilsinlər.

 

Peru - Danimarka - 0:1

Qol: Yusuf Poulsen, 59

Baş hakim: Bakari Qassama (Qambiya)

“Saransk, “Mordoviya Arena”

 

C qrupunun digər matçında isə Peru ilə Danimarka seçmələri üz-üzə gəldilər. 59-cu dəqiqədə Yusuf Poulsenin yeganə qolu Danimarkaya 3 xalı qazandırdı.

1982-ci ildən sonra ilk dəfə mundiala qatılan Peru komandası 2017-ci ildən başlayaraq məğlubiyyət nə olduğunu bilmirdi. Ümumilikdə 15 oyunda 10 qələbə qazanmışdı, bu il keçirdiyi 5 yoldaşlıq görüşünün 4-ündə rəqiblərindən güclü olmuşdu.

Cənubi Amerika təmsilçisinin aparıcı simaları dopinq qalmaqalına görə mundialı buraxması gündəmdə olan, amma məhkəmə tərəfindən oynamasına icazə verilən Paolo Gerrero və uzun müddət “Şalke”də çıxış etmiş, indisə Moskva “Lokomotiv”inin formasını geyinən Cefferson Farfandır.

İlk dəfə Skandinaviyanın 3 ölkəsinin dünya çempionatında təmsil olunduğu diqqət çəkir ki, onlardan da biri Danimarkadır.  Yanvarda bu komanda ikinci heyətlə Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə iki məğlubiyyətlə üzləşsə də, əsas heyət 2016-cı ilin noyabrından bəri uduzmur:  8 qələbə və 7 heç-heçə. Seçmə yarışda Polşaya 4:0, pley-offda isə səfərdə İrlandiyaya 5:1 hesabı ilə qalib gələn və əsas ulduzu “Tottenhem”li Kristian Eriksen olan Danimarka millisi də mundialda sürprizə imza ata bilər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video