Alternative content

05:35 16 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:05 16.07.2020 “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 110-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 88 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
00:56 16.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mundialın ilk sürprizi
Mundialın ilk sürprizi
ANA SƏHİFƏ / İDMAN
02:06 21.06.2018

 

Argentina - İslandiya - 1:1

Qollar: Serxio Aquero, 19 - Alfred Finnboqason, 23

Baş hakim: Şimon Marçinyak (Polşa)

Moskva, “Spartak” stadionu

 

Mundialın ilk sürpriz nəticəsi D qrupunda qeydə alındı. Çempionatın favoritlərindən sayılan Argentina İslandiya ilə heç-heçə oynayaraq (1:1) futbol dünyasını təəccübləndirdi. Argentina İslandiya ilə qarşılaşmada zəif çıxış etsə də, heyətində Lionel Messi kimi futbolçu varsa, deməli, mundialın əsas favoritlərindən biri sayılır. Eyni zamanda hücum xəttində Serxio Aguero (“Mançester Siti”) və “Yuventus”lu cütlük - Qonsalo İquain və Paolo Dibala kimi futbolçular da var.

Amma argentinalıların Messisiz necə oynadıqlarını bilmək üçün martda İspaniya (1:6) və ötən ilin noyabrında Nigeriya (2:4) ilə yoldaşlıq görüşlərinin nəticələrinə baxmaq kifayətdir.

2004-cü ildən bəri bir dəfə dünya çempionatında (DÇ-2014), 4 dəfə də Amerika kubokunda finalda uduzan Argentina millisi DÇ-2018-in ən yaşlı komandasıdır (29,6 yaş). 

Rusiya mundialında 32 komandadan 20-nin 2014-cü il dünya çempionatında iştirak etməsi diqqət çəkir. DÇ-2018 həmçinin Avropadan İslandiya, Mərkəzi Amerikadan Panamanın debütü ilə yadda qalır. Özü də İslandiya əhalisinin sayına görə (348580 nəfər) dünya çempionatlarına qatılan ən kiçik ölkədir. Rusiyada  onlardan hər sürprizi gözləmək olar.

 

Xorvatiya - Nigeriya - 2:0

Qollar: Oqenekaro Etebo, 23 (avtoqol), Luka Modriç, 71 (pen.)

Baş hakim: Sandro Riççi (Braziliya)

Kalininqrad, “Kalininqrad” stadionu

 

D qrupunun digər matçında isə Xorvatiya və Nigeriya komandaları üz-üzə gəldilər. Oqenekaro Etebonun avtoqolu və Luka Modriçin dəqiq penalti zərbəsi sayəsində 2:0 hesabı ilə qalib gələn xorvatlar 3 xalı hesablarına yazdırdılar.

Xorvatiya millisi bu il keçirdiyi 4 yoldaşlıq görüşünün 2-də qalib gəlib, 2-də də məğlub olub.  Debüt etdiyi 1998 mundialında 3-cü yeri tutan xorvatlar bundan sonra iştirak etdikləri üç dünya çempionatında qrupdan çıxa bilməyiblər. Heyətində “Real Madrid” (Luka Modriç, Mateo Kovaçiç), “Barselona” (İvan Rakitiç) və “Yuventus” (Mario Mandukiç) kimi klubların futbolçuları var.

Nigeriya millisi isə bundan əvvəl qatıldığı 5 mundialdan üçündə 1/8 finala çıxsa da, komandanın son vaxtlardakı nəticələri ümidverici deyil.  2015-ci və 2017-ci illərin Afrika Millətlər Kubokuna vəsiqə qazana bilməyən nigeriyalılar bu il keçirdikləri 6 yoxlama oyunundan 4-də məğlub olublar.

Rusiya mundialında ən gənc heyətə (orta yaş 25,9) malik olan “Super qartallar”ın ən təcrübəli futbolçusu vaxtilə “Çelsi”də oynamış 31 yaşlı yarımmüdafiəçi Con Obi Mikel, komandanın qol ümidi isə ÇSKA-dakı çıxışı ilə tanınan hücumçu Ahmed Musadır. Bu həmin Musadır ki, Ramazan ayında vətənində borcuna görə həbs olunmuş 40 nəfərin pulunu ödəyərək onları azadlığa buraxdırıb.

 





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM