Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:54 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almanlardan uğursuz start
Almanlardan uğursuz start
ANA SƏHİFƏ / İDMAN
02:06 21.06.2018

 

Almaniya - Meksika - 0:1

Qol: Irvinq Losan, 35

Baş hakim: Alireza Faqani (İran)

Moskva, “Lujniki” stadionu

 

İngiltərənin tanınmış veteran futbolçusu Qari Linekerin  “Futbol sadə oyundur, 22 nəfər 90 dəqiqə topun dalınca qaçır, yekunda isə almanlar qalib gəlir” fikri bu dəfə özünü doğrultmadı. Belə ki, F qrupunun ilk matçında Meksika millisi ilə qarşılaşan almanlar 0:1 hesabı ilə uduzaraq mundiala məğlubiyyətlə başladılar.

Çempionluğu qazanmaq nə qədər çətindirsə, bu titulu qorumaq ondan da çətindir. DÇ-2014-ün qalibi olan Almaniya millisi italyanların 1938-ci il və braziliyalıların 1962-ci il mundialında bacardığını təkrarlamağa çalışacaq.

Meksika millisinin iştirak etdiyi son 6 mundialın hamısında qrup mərhələsini adlaması, amma 1/8 finalda ilişib qalması ilə diqqət çəkir.  Bu komanda ən yaxşı halda öz ölkəsində keçirilən 1970-ci və 1986-cı il mundiallarında 1/4 finala çıxa bilib. Yeri gəlmişkən, Meksika millisinin yarımmüdafiəçisi Manuel Neqretenin 1986-cı ildə bolqarlarla oyunda qayçı zərbəsiylə vurduğu məşhur qolun,

FİFA-nın aprel ayında “Facebook”da keçirdiyi sorğuya əsasən, dünya çempionatları tarixinin ən yaxşı qolu seçilməsi də, yəqin ki, meksikalılara əlavə stimul verəcək.

Rusiya mundialında ən yaşlı komandalardan biri (orta yaş - 29,4) olan Meksika millisinin 39 yaşlı müdafiəçisi Rafael Markes özünün 5-ci dünya çempionatına qatılır.  Son 4 hazırlıq matçının yalnız birində qələbəyə sevinən komandanın qol ümidi isə Çiçarito ləqəbli Xavyer Ernandesdir.

 

İsveç - Cənubi Koreya - 1:0

Qol: Qrankvist, 65 (pen.)

Baş hakim: Xoel Aqilar (Salvador)

Nijni Novqorod, Şəhər stadionu

 

F qrupunun digər matçında isə İsveçlə C.Koreya yığmaları üz-üzə gəldilər. Matçın taleyini 1 qol həll edib. Belə ki, Andreas Qranqvistin penaltidən vurduğu yeganə top İsveçə 3 xal qazandırıb.

İsveçlilər DÇ-1994-də 3-cü yeri tutduqdan sonra keçirilən 5 mundialın yalnız ikisində iştirak edib və 1/8 finala çıxa biliblər.  Unutmayaq ki, İsveç millisi italyanları Rusiya mundialından kənarda qoyan komandadır.

Yeri gəlmişkən, millidə sonuncu oyununu 2016-cı ildə keçirən və o vaxt yığmada karyerasını bitirdiyini elan etmiş Zlatan İbrahimoviç mundial ərəfəsində “Dünya çempionatına gedəcəyəm” deməklə azarkeşlərini yenidən İsveç komandasına mümkün qayıdışı ilə bağlı ümidləndirsə də, baş məşqçi bunun mümkünsüzlüyünü qeyd etmişdi.

Ardıcıl 9-cu mundialda çıxış edən Cənubi Koreya millisi DÇ-2002-də 4-cü yer tutub, DÇ-2010-da isə 1/8 finala çıxa bilib.  Son 6 yoldaşlıq görüşünün yalnız birində qalib gələn koreyalıların indi həmin nailiyyətləri təkrarlayacağı inandırıcı görünmür.

Rekord sayda - 3 dəfə, o cümlədən 2017-ci ildə “Asiyanın ən yaxşı beynəlxalq oyunçusu” (yəni qitədən kənarda çıxış edən ən yaxşı oyunçu) adına layiq görülən “7 nömrə” Son Hun Min Cənubi Koreya komandasının əsas qol ümidi sayılır. Lakin İsveçlə matçda heç də özünü yaxşı tərəfdən göstərə bilmədi.  2015-ci ildən “Tottenhem”in şərəfini qoruyan 25 yaşlı forvardın karyerası ərzində iki dəfə Premyer Liqada ayın oyunçusu seçilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM