Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:43 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İngilislər son dəqiqədə sevindilər
İngilislər son dəqiqədə sevindilər
ANA SƏHİFƏ / İDMAN
02:06 21.06.2018

 

Belçika - Panama - 3:0

Qollar: Dris Mertens, 47; Romelu Lukaku, 69, 75

Baş hakim: Canni Sikazu (Zambiya)

Soçi, “Fişt” stadionu

 

G qrupunda mübarizəyə Belçika-Panama matçı ilə start verilib. Turnirin favoritlərindən sayılan belçikalılar rəqibini asanlıqla üstələyib - 3:0.

Xatırladaq ki, 1986-cı il mundialında 4-cü yeri tutan Belçika millisi DÇ-2014-də ən yüksək nailiyyətini təkrarlamağa yaxın olsa da, yarımfinal ərəfəsində argentinalılara uduzmuşdu (0:1). Avro-2016-da da 1/4 finalda büdrəyən belçikalılar 2016-cı ilin sentyabrından bəri məğlubiyyət nə olduğunu bilmirlər və bu müddətdə 19 oyundan 14-də qələbə qazanıblar.

Rusiya mundialının gizli favoritlərindən hesab olunan Belçika komandasının 11 oyunçusu İngiltərə Premyer Liqasında çıxış edir ki, onlardan da qapıçı Tibo Kurtua (“Çelsi”), müdafiəçilər - 102 oyunla millinin formasını hamıdan çox geyinmiş Yan Vertongen (“Tottenhem”) və Vinsen Kompani (“Mançester Siti”), yarımmüdafiəçi Kevin De Bröyne (“Mançester Siti”) və hücumçular - 36 qolla millinin bütün dövrlər ərzində ən sərrast oyunçusu Romelu Lukaku (“Mançester Yunayted”) və Eden Hazarı (“Çelsi”) qeyd etmək mümkündür.

DÇ-2018-in iki debütantından biri  olan Panama millisindən heç kim böyük nəticələr gözləmir. Panamalılar öz qitələrində də ən yaxşı halda iki dəfə vitse-çempion olublar (2005-ci , 2013-cü illərdə). Son 7 yoxlama oyununda cəmi 1 qələbə qazanması və o cümlədən Belçikaya 0:3 hesabı ilə uduzması da komandanın zəifliyindən xəbər verir.

Maraqlıdır ki, Panama millisinin 5 futbolçusu Avropada çıxış edir ki, onlar da “Dinamo Buxarest” (Rumıniya) və “Dunayska Streda” (Slovakiya) klublarında, həmçinin “Gent” (Belçika) və “Deportivo La Korunya”nın (İspaniya) ikinci komandalarında forma geyirlər.

 

Tunis - İngiltərə - 1:2

Qollar: Fercani Sassi, 35 (pen.) - Harri Keyn, 11, 90+1

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Volqoqrad, “Volqoqrad Arena”

 

G qrupunun digər matçında isə Tunis və İngiltərə yığmaları görüşüblər. Hamı ingilislərin asanlıqla qalib gələcəklərini düşünsə də, bu olmadı. Çətinliklə olsa da, kapitan Harri Keynin dublu ingilislərə qələbə qazandırdı.  Tunis millisi nümayiş etdirdiyi əzmkar oyunla digər görüşlər üçün azarkeşlərində ümid yaratdı. 

1998-2006-cı illərdə ardıcıl 3 mundiala qatıldıqdan sonra iki dünya çempionatını buraxan Tunis millisi heç vaxt qrup mərhələsini adlaya bilməyib. “Karfagen qartalları”nın bu uğursuzluğu Rusiya mundialında durduracaqları inandırıcı görünmür. Ancaq İngiltərə ilə qarşılaşma azarkeşlərdə az da olsa, ümid qığılcımı yarada bildi.

Maraqlıdır ki, heyətində tanınmış futbolçu olmayan komandanın DÇ-2018-də oynamaq təklifini Almaniya millisinin üzvü Sami Xediranın “Auqsburq”da çıxış edən 24 yaşlı yarımmüdafiəçi qardaşı Rani Xedira qəbul etməyib.

Bu matça kimi bir ildir uduzmayan İngiltərə millisi keçirdiyi 10 oyundan 7-də qələbə qazanıb.  DÇ-2014-də gözlənilmədən qrupda sonuncu yeri tutan ingilislər həmin uğursuzluğun təsadüf olduğunu Rusiyada sübut etməyə çalışacaqlar.

Xüsusilə İngiltərə millisinin  Harri Keyn (“Tottenhem”),  Rahim Sterlinq (“Mançester Siti”),  Ceymi Vardi (“Lester”), Danni Uelbek (“Arsenal”) və Markus Reşforddan (“Mançester Yunayted”) ibarət hücum xətti çox vahiməli görünür.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM