Alternative content

01:12 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixə düşən qələbə
Tarixə düşən qələbə
ANA SƏHİFƏ / İDMAN
02:06 21.06.2018

 

Kolumbiya - Yaponiya - 1:2

Qollar: Xuan Kintero, 39 - Sindzi Kaqava, 6 (pen.); Yuya Osako, 73

Qırmızı vərəqə: Karlos Sançes, 3

Baş hakim: Damir Skomina (Sloveniya)

Saranks, “Mordoviya Arena”

 

Kolumbiya-Yaponiya matçı il qrupda mübarizəyə start verildi. Daha əzmkar oyun nümayiş etdirən yaponlar 2:1 hesabı ilə qələbə qazandılar. Bu qalibiyyət eyni zamanda tarixə düşüb. Belə ki, bu vaxta qədər heç bir mundialda Asiya təmsilçisi Cənubi Amerika komandasına qalib gələ bilməmişdi.

Görünür, ötən əsrin 90-cı illərində üç mundialda çıxış etmiş, gur saç düzümü ilə yadda qalan kolumbiyalı Karlos Valderramanın arzusu ürəyində qalacaq.  56 yaşlı keçmiş futbolçu Kolumbiya millisinin dünya çempionu olacağı təqdirdə saçını dibindən qırxdıracağına söz verib. Lakin yaponlarla qarşılaşma Kolumbiyanın mundiala heç də istənilən səviyyədə hazır olmadığını nümayiş etdirdi.

Bu komanda DÇ-2014-də 1/4 finala çıxaraq tarixinin ən yüksək nailiyyətinə imza atmış, futbolçusu Xames Rodriges isə 6 qolla mundialın bombardiri olmuşdu.

Yaponiya millisi isə dünya çempionatının başa çatmasına 2 ay qalmış komandanı final mərhələsinə çıxaran baş məşqçi Vahid Halilhodjiçi istefaya göndərməklə gündəmə gəlmişdi.

Bu il keçirdikləri 5 yoldaşlıq görüşünün 3-də uduzan yaponlar yalnız mundialın startına iki gün qalmış paraqvaylılarla hazırlıq matçında qələbəyə seviniblər - 4:2. Komandanın qol ümidi “Lester”də çıxış edən 32 yaşlı hücumçu Sindzi Okadzakidir. Ondan başqa, təcrübə baxımından vaxtilə “Milan”da çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi Keysuke Honda və Dortmund “Borussiya”sının 29 yaşlı yarımmüdafiəçisi Sindzi Kaqavanı da fərqləndirmək mümkündür.

1998-ci ildən mütəmadi dünya çempionatlarına qatılan və 5 mundialdan ikisində 1/8 finala çıxan yaponların bu dəfə də qrupda uğurla çıxış edəcəklərini proqnozlaşdırmaq olar.

 

Polşa - Seneqal - 1:2

Qollar: Krixkovyak, 86 - Sionek, 38 (avtoqol), Mbaye Nianq, 60

Baş hakim: Navaf Şükrülla (Bəhreyn)

Moskva, “Spartak” stadionu

 

H qrupunun digər matçında Polşa millisi Seneqal seçməsi ilə qarşılaşdı. Ötən əsrin 70-80-ci illərində qızıl dövrünü yaşayan Polşa millisi ondan sonra DÇ-2002 və DÇ-2006-da iştirak etmiş və qrupda qalmışdı.  Rusiya mundialı ərəfəsində isə komanda keçirdiyi 4 yoldaşlıq görüşündə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb.

Polşalıların əsas qol ümidi “Bavariya”nın (Almaniya) 29 yaşlı forvardı Robert Levandovskidir. O, 16 qolla DÇ-2018-in seçmə mərhələsində Avropa zonasının bombardiri olub. Ümumiyyətlə, Levandovski 55 qolla Polşa millisinin bütün dövrlər ərzində ən məhsuldar oyunçusudur.

Lakin polşalılar mundiala istədikləri kimi başlaya bilmədilər. Daha baxımlı və mübariz oyun nümayiş etdirən Seneqal 2:1 hesabı ilə qalib gələrək DÇ-2018-ə 3 xalla başladı.

Seneqal millisində UEFA Çempionlar Liqasının finalçısı İngiltərənin “Liverpul” komandasının ulduzu Sadio Manenin çıxışı xüsusilə diqqət çəkdi. 26 yaşlı cinah oyunçusu 2016-cı ildə “Afrikanın ən yaxşı futbolçusu” sorğusunda 3-cü, ötən il isə 2-ci yeri tutub. O, həmçinin “Liverpul”da debüt etdiyi 2016-2017-ci il  mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib.

Bundan əvvəl yalnız 2002-ci ildə mundialda çıxış edən Seneqal millisi o vaxt sensasiyalı şəkildə 1/4 finala çıxmış və yalnız türk İlhan Mansızın “qızıl qol”u üzündən mübarizəni dayandırmışdı.  Yeri gəlmişkən, həmin komandanın ulduzlarından biri El Haci Diuf liberiyalı Corc Veanın ölkəsində prezident seçilməsindən ruhlanaraq bu günlərdə siyasətlə məşğul olacağını açıqlayıb.