Alternative content

12:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mundialın “A” qrupundan səkkizdəbir finala Rusiya və Uruqvay milliləri yüksəlib
Mundialın “A” qrupundan səkkizdəbir finala Rusiya və Uruqvay milliləri yüksəlib
ANA SƏHİFƏ / İDMAN
10:06 20.06.2018

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün ikinci oyununda “A” qrupunda yer alan Uruqvay və Səudiyyə Ərəbistanı milliləri qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, “Rostov Arena”da keçirilən qarşılaşmada minimal hesabla qalib gələn Uruqvay yığması Rusiyadan sonra səkkizdəbir finala vəsiqəni təmin edən ikinci komanda olub.

Oyunun taleyini həll edən yeganə qol matçın 23-cü dəqiqəsində vurulub. Künc zərbəsindən ötürmə zamanı qapıçının səhvindən istifadə edən Luis Suares topu yaxın məsafədən boş qapıya göndərib – 1:0. Bununla da Uruqvay millisinin heyətində 100-cü oyununa çıxan Luis Suares milli komandada 52-ci dəfə fərqlənib. Komandaların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb.

Beləliklə, “A” qrupunda ilk turda Misir üzərindəki minimal hesablı qələbədən sonra Səudiyyə Ərəbistanı yığmasına da qalib gələn ikiqat dünya çempionları Rusiyadan sonra səkkizdəbir finala vəsiqəni təmin ediblər.

İki turdan sonra “A” qrupuna Rusiya yığması liderlik edir. Altı xal toplayan ev sahibləri rəqib qapılarına 8 top vurub, öz qapılarından bir qol buraxıblar. Eyni xala malik Uruqvay yığması 2 qol vursa da, qapısını toxunulmaz saxlayıb. Hər iki görüşdə məğlub olan Misir yığması top fərqinə görə üçüncü, Səudiyyə Ərəbistanı isə qrupda sonuncu pillədədir.

“A” qrupunun iyunun 25-də eyni vaxtda keçiriləcək sonuncu qarşılaşmalarında Rusiya və Uruqvay yığmaları üz-üzə gələcəklər. Bu görüşün nəticəsinə əsasən qrup birincisi müəyyənləşəcək. Çempionatda heç bir iddiası qalmayan Misir və Səudiyyə Ərəbistanı seçmə komandaları isə təsəlliverici qələbə uğrunda yarışacaqlar.

Mundialın yeddinci gününə “B” qrupunda yer alan İran-İspaniya oyunu ilə yekun vurulacaq. İran ilk turda Mərakeş yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. İspaniya isə Portuqaliya ilə heç-heçə edib – 3:3. Bu gün Mərakeş yığmasını 1:0 hesabı ilə məğlub edən portuqaliyalılar hazırda 4 xalla qrupa liderlik edirlər. İspaniya yığması səkkizdəbir finala yüksəlmək şanslarını yaxşılaşdırmaq üçün İran yığmasını mütləq məğlub etməlidir.

İran-İspaniya oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.