20 Iyun 2018 09:06
299
İDMAN
A- A+

“Rusiya 2018”: Portuqaliya millisi Mərakeş yığmasını minimal hesabla məğlub edib

 


Oyunda yeganə qolun müəllifi olan Kriştiano Ronaldo karyerasında yeni rekord müəyyənləşdirib

 

İyunun 20-də futbol üzrə XXI dünya çempionatının VII gününün ilk oyununda “B” qrupunda yer alan Portuqaliya və Mərakeş yığma komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, sürətli hücumlar şəraitində keçən oyunda Portuqaliya millisi minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu matçın 4-cü dəqiqəsində Kriştiano Ronaldo vurub. Portuqaliyalıların künc zərbəsindən sonra başlatdıqları hücumda rəqibin cərimə meydançasına hava ötürməsini başla dəqiq və qüvvətli zərbə ilə tamamlayan ulduz futbolçu cari mundialda dördüncü qolunu qapıdan keçirib. Komandaların səylərinə baxmayaraq, matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və Portuqaliya yığması minimal hesabla qalib gələrək səkkizdəbir finala yüksəlmək üçün vacib olan 3 xalı aktivinə yazdırıb.

Mərakeş yığması isə İrana məğlubiyyətdən (0:1) sonra ikinci görüşdə Portuqaliyaya uduzaraq səkkizdəbir finala yüksəlmək şansını itirib.

Qeyd edək ki, bu matçda vurduğu qol Kriştiano Ronaldonun Avropada yeni rekord müəyyənləşdirməsinə səbəb olub. Belə ki, milli komandanın heyətində keçirdiyi 152 oyunda 85-ci qolunu vuran portuqaliyalı hücumçu bu göstərici üzrə macarıstanlı əfsanəvi futbolçu Ferents Puşkaşın rekordunu yeniləyib. Xatırladaq ki, F.Puşkaş 85 oyunda 84 dəfə fərqlənib.

Qeyd edək ki, dünyada bu göstərici üzrə rekordun sahibi İran millisinin sabiq futbolçusu Əli Daeidir. 2006-cı ildə futbolçu karyerasını başa vuran Ə.Daeinin aktivində 109 qol var.

Bu qrupun digər oyununda hazırda “B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi “Kazan Arena”da qarşılaşacaqlar. Həmin matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.

Saat 19:00-da isə Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşması keçiriləcək. Həmin görüş İdman Azərbaycan kanalında yayımlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video