Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür
Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür
ANA SƏHİFƏ / Mədəniyyət
11:06 19.06.2018

Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözlər nazir Əbülfəs Qarayevin ölkəmizdə səfərdə olan əlcəzairli həmkarı Azzedine Mihoubi ilə görüşdə səsləndirilib.

Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan əlcəzairli həmkarına dəvətini qəbul etdiyi üçün təşəkkürünü bildirib.

Azzedine Mihoubi deyib ki, əlcəzairlilər Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər barədə daha çox bilgilərə malikdirlər. “Azərbaycan hökumətinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar keçiriləcək tədbirə dəvətini məmnunluqla qəbul etdik. Çünki bu səfər qarşılıqlı əlaqələrin qurulması üçün olduqca vacibdir”, - deyə o bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan tərəfini təbrik edən Azzedine Mihoubi ölkəmizə gəlişinin digər səbəbinin də bu mötəbər tarixi hadisə olduğunu vurğulayıb. O, səfərinin məhsuldar olacağına ümidvar olduğunu qeyd edib, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrə də sirayət edəcəyini diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyət sahəsindəki uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında qonağı məlumatlandıran Əbülfəs Qarayev Əlcəzair nümayəndə heyətinin ölkəmizə ilk səfərinin əlamətdar tarixi hadisələrlə üst-üstə düşməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, səfər əlaqələrin bundan sonrakı inkişafına müsbət təsir göstərək. Azərbaycan ilə Əlcəzair arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağını diqqətə çatdıran Əbülfəs Qarayev bu razılaşmanın əlaqələrin daha dinamik inkişafına yol açacağına ümid bəslədiyini deyib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.